“Dedi ki, onu öldürdüm, məni polisə təslim et” - Rəşad Dağlının qardaşı


Qəsdən adam öldürməyə görə tutulan tanınmış meyxanaçı Rəşad Dağlının (Əmirov) məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rəşad Dağlının qardaşı Ağamalı Əmirov dindirilib. O bildirib ki, Rəşad Dağlının meneceri kimi fəaliyyət göstərib: "İsgəndəri Ələkbər Yasamallının qohumu kimi tanıyırdım. Şəxsi tanışlığım yox idi. Bir neçə dəfə İsgəndər mənə zəng vurdu ki, Rəşadla vacib görüşməlidir. Mən Rəşada dedim, Rəşad dedi ki, fikir vermə. Ondan sonra onun telefonlarına cavab vermədim. Hadisədən iki gün əvvəl yenə zəng vurdu, açmadım. Mesaj yazdı ki, təcili Rəşadla görüşməliyəm, sonra gec olacaq. Mən də bu barədə Rəşada məlumat verdim. Sonra İsgəndər mənim nömrəmi bloka atdı.

Hadisə günü gecə saat 4-də Rəşad mənə zəng vurdu. Küçəyə çağırdı, dedi ki, evdən gödəkçəmi gətir. Rəşad nazik geyinmişdi, mən evə çıxıb gödəkçəni gətirəndə Rəşad getmişdi. Nə qədər zəng vurdum, telefonu açmadı. Haradasa bir saat sonra Rəşad zəng vurub məni çağırdı. Gəldim ki, Rəşad şok vəziyyətdədir. Dedi İsgəndəri öldürdüm, məni polisə təslim et. Soruşdum ki, niyə öldürdün, dedi heç nə bilmirəm, bir də baxdım ki, İsgəndər qan içindədir.

Rəşad heç vaxt üstündə bıçaq gəzdirməzdi. Hətta mənə deyirdi ki, Yasamal uşağısan, birdən üstündə bıçaq gəzdirərsən".

Prosesdə ifadə verən digər şahid Yaşar Abdullayev isə bildirib ki, Rəşad Dağlı bıçağı onun mağazasından alıb: "Hadisə günü gecə Rəşad mağazaya gəldi. Mən mağazada olmamışam, oğlum olub. Gəlib bizim mağazadan suvenir bıçağı alıb gedib. Səhər eşitdim ki, Rəşad qətl törədib".
Prosesdə daha iki şahid dindirilməli olsa da, onlar məhkəməyə gəlməyib. Məlum olub ki, onlardan biri hərbi xidmətdədir. Rəşad Dağlının vəkili Elvin Əliyev həmin şahidlərin dindirilməsinin vacib olduğunu vurğulayıb.

Proses iyunun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da toy məclisindən çıxandan sonra qonşusu İsgəndər Mehdiyevlə telefonda mübahisə edib. O, söhbətə aydınlıq gətirmək üçün İsgəndərlə Lökbatan dairəsi yaxınlığında öz maşınında görüşüb. Maşında onu bıçaq zərbələri ilə qətlə yetirib. Meyiti həmin əraziyə atdıqdan sonra könüllü olaraq polisə təslim olub. Rəşad Dağlı barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) cinayət işi açılıb. Hazırda məhkəmə prosesi davam edir.

Son xəbərlər

Türkiyədə siqaret almaq üçün şəxsiyyət vəsiqəsi tələb ediləcək

Şahbaz Şərif İlham Əliyevə zəng edib

Pensiya kapitallarındakı dəyişikliklərlə bağlı rəsmi açıqlama

Türkiyədə uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq - Bu tarixdən

Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...

Qədim Məhəmmədov vəfat edib

Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

MƏKTƏBLİ FORMASI, YOXSA MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZƏ MÜNASİBƏT?

DYP sürücülərə müraciət edib

Madina Kaisinova Bakıda təşkil olunan dünya çempionatında mübarizəni dayandırıb

5 boksçumuz Avropa çempionatının finalına yüksəlib

Ay bərəkallah, bu gözəl niyyətə!..

ABŞ-nin Corciya ştatında atışma nəticəsində 5 nəfər ölüb

Buraxma, heç vaxt..- FOTO

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM

Bu gündən Azərbaycanda ov mövsümü açılıb

Masazırda 4 avtomobil yanıb

Zelenski Trampı Ukrayna ilə danışıqlar fonunda Putinlə razılaşma əldə etməkdə ittiham edib

Beyin fəaliyyətini yaxşılaşdıran qidaların - Siyahısı

Zəlzələdən sonra məktəblər bağlandı

Gəncədə yaşayış evində meyit aşkarlanıb

Tramp və Putin arasında telefon danışığı olub: Rusiya ABŞ-a 3 milyon tondan çox dizel yanacağı tədarük edəcək

Özgüdən sonra o da serialdan imtina etdi - FOTO

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

ÜRƏYİMİN SƏSİ

BİR ŞƏHİD ATASININ VƏ ANASININ AĞRISINA ŞAHİDLİK...

GƏNCİN GEYİMİ, MİLLƏTİN GÖRÜNƏN ÜZÜ - FOTO

Azərbaycanla münasibətləri korlamağa çalışan media vasitələrinə Türkiyədən sərt cavab

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031