Formula 1 Azərbaycan Qran-Prisinin əsas tribunasının biletləri tamamilə satılıb
Gözlənilməzlərlə dolu 2023-cü il Azərbaycan Qran-Prisinə doqquz gün qalmış müddətdə yarışın mərkəzi tribunası hesab olunan Abşeron tribunasının bütün sektorlarının biletləri tamamilə satılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bilet satışında rekord rəqəmlərin müşahidə olunduğu builki Bakı yarışı üçün biletlərin sayı məhduddur və tezliklə bütün tribunalara yerlərin bitməsi gözlənilir. Ən çox rəğbət görən tribunalardan biri olan Abşeron tribunasına bütün yerlərin tutulması ilə artıq 12 tribunadan 10-una yerlər tamamilə tutulub.

Ötən illərdə keçirilmiş altı yarışla müqayisədə bu ilki yarışda ilk dəfədir ki, 100-dən çox fərqli ölkədən azarkeşlər ölkəmizi ziyarət edəcəklər. Bu rəqəm Bakı yarışının tarixində qeydə alınmış ən yüksək göstəricidir. Bu o deməkdir ki, dünya üzərində mövcud ölkələrin yarısından çoxu öz ölkəsini Bakıda azarkeş qismində təmsil edəcək. Bundan başqa, bu il Azərbaycana Qran-Prini izləməyə gələn əcnəbi azarkeşlərin sayı ən yüksək həddə çatıb.

Möhtəşəm yarış həftəsonuna sayılı günlər qaldığı bir vaxtda yalnız Bakcell (Azneft) və Xəzər tribunalarında məhdud sayda biletlər mövcuddur.

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək.

Bu Sprint yarışı cari mövsümdə keçiriləcək altı sprint yarışından birincisidir və bu yarış pərəstişkarları üç gün davam edəcək möhtəşəm mübarizə, yüksək rəqabət şəraitində keçəcək yarışdan sonra Bulvardakı böyük səhnədə Don Diablo və Hardwell konsertlərindən zövq alaraq möhtəşəm F1 təcrübəsi yaşayacaqlar.

Üç günlük bilet sahibləri paytaxtın əsrarəngiz mənzərəsinə sahib Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq əyləncə zonasına sərbəst daxil ola və konsertlərə qatıla biləcəklər. Azarkeşlərin pit yolu gəzintisinə qoşularaq Formula 1 komandalarının pərdə arxasını görmək kimi eksklüziv bir təcrübə yaşamaq şansları da olacaq. Onlar həmçinin, forum şəklində keçiriləcək avtoqraf sessiyasına qoşularaq sevimli pilotlarını canlı görmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər - 28 Mall, Gənclik Mall, Heydər Əliyev Sarayı, Kiosk 1 (Azərbaycan kinoteatrı), Kiosk 2 (Nizami küçəsi), ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt.

Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi fəaliyyət göstərir.

Son xəbərlər

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq

Rəqibə QƏVVAS : Durna qatarına dönən oğullar - FOTO

Bədəndə aqressiv ağciyər xərçənginə qarşı "gizli silah" aşkar edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031