Xocalı yarası sağalmaz,  Xocalısız qalmaq olmaz! - FOTO
Xocalı yarası sağalmaz, Xocalısız qalmaq olmaz!
“Ana harayı” abidəsini ziyarət edənlərin dilindən bu hayqırtı daha gus səslənirdi

“Dünyanın o başına kimi səpələnən” soydaşlarımızın dilinin əzbərinə, nənələrin ağı-bayatısına çevrilib tar-mar edilən, “tonqal”lara atılan ulu yurd yerimiz olan Xocalımızın erməni vanddalı tərəfindən yer üzündən silinməsindən 31 il keçir. Dəhşət!!!
Dünən paytaxt Bakının sakinləri, şəhərin qonaqları, keçmiş məcburi köçkünlər də Xocalı soyqırımının 31-ci anım tədbirinə toplaşmışdı. Azadlıq meydanından başlayan ziyarət axını Xətai rayonu ərazisindəki “Ana harayı” abidəsinə yol başlamışdı. Azərbaycan Prezidenti İlham Əliyevin, rəsmi dövlət orqanlarının, xarici ölkələrin respublikamızdakı diplomatik korpusunun nümayəndələrinin, həmçinin Milli Məclisin deputatlarının, ayrı-ayrı idarə və müəssisələrin, ali məktəb tələbə-müəllim heyətlərinin qatıldığı yürüş-mitinqin izdihamı həm də milli birliyin nümayişi anlamını verirdi. Biz 44 günlük Vətən müharibəsində də belə nümayiş etdirmişdik qalibiyyətimizin səbəblərindən biri olan birliyimizi.
Siyasi partiyaların, ictimai təşkilatların, xarici ölkədən olan diplomatlar korpusunun təmsilçilərinin iştirak etdiyi yürüş-mitinq əvvəlkilərindənbu dəfə bir neçə anlamda fərqlənirdi: dünənki sərt, şaxtalı havanın bu gün birdən-birə mülayimləşməsi ziyarətçilərin sayını artmasına öz təsirini göstərmişdi.

İlk həmsöhbətimiz Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya üzrə müşaviri Günay Ağamalı oldu. Günay xanım bildirdi ki, dövlət başçısına, xocalılıların bacısı qədər çox istədiyi Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarıq ki, bu abidə qoyulub: “ Təmsil olunduğumuz siyasi təşkilatın üzvləri hər il abidəni ziyarət edir və heç vaxtı bu müsibəti unutmayıblar. Xocalıdan olan şəhidlərimizin, itkinlərimizin - sorağını hələ də ala bilmədiklərimzin adları bu daşa həkk edilib. Bu, xocalılılara bir təsəllidir, yoxsa hara ziyarətə gedə bilərdilər ki? Xalqımız xocalılıların dərdinə illərdir ki, şərik çıxır. Bu abidə bizə az təsəlli deyil. İnanırdıq ki, Xocalının qisası alınacaq, alındı 2020-ci ildə! 44 günlük Vətən müharibəsində torpaqlarımızı azad etdik! Xocalıda doğulmayan uşaqlar müharibədə döyüşənlərin arasında idi. Xocalının başı əzəlindən bəlalı olub: dolub-boşalıb. Amma bu dəfəki qayıdış əbədi olacaq! Buna onlar da, yəni xocalılılar da inanır. Çünki Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağımız daşnak quldur, vandallardan azad olundu... Xocalının da azad ediləcəyi günə lap az qalıb. O gün də uzaqda deyil...”
Ziyarətçilərin arasında şəhid Xocalının şahid xocalılıları da az deyildi. “Ana harayı” abidəsinin ətrafında göz yaşı axıda-axıda doğmalarının daşa həkk edilən adlarını axtaranlardan biri Xalidə Hüseynova idi. O, siyahıda 3 doğmasının - atasının, anasının və qardaşının adlarını tapır. Göz yaşları imkan verməsə də, birtəhər anladır ki, nə yaxşı, bir həftədən sonra doğmalarının meyitlərini meşədən tapıblar: “Onları Bərdənin Yeni Həyat kəndində torpağa tapşırdıq. Mərhum Milli Qəhrəman Çingiz Mustafayevin ağlaya-ağlaya çəkib göstərdiyi cəsədlərin arasında idilər. Budur, baxın, Hüseyn, Həsən, Ziynət, Yunis, Rəşid, Sədaqət...”
O gecə iki qardaşından əli üzülən Pərvanə Məmmədovanın isə itkiləri yalnız bunlar olmayıb: “...Qaynatamla birlikdə nəslimizdən o gecə 15 nəfər itirmişik. Bu abidəni nə yaxşı ki, ucaldıblar...” O, fikrini tamamlaya bilir.
Solmaz İsmayılova orta məktəb müəllimidir. Xocalıda dünyaya göz açmış bu ana da 613 nəfərlik şəhid siyahısında doğmalarını - Həmid və Tariyel Səmədov qardaşlarının adlarını axtarıb tapır. O, Həmid Səmədovun ömür-gün yoldaşıdır. Deyir ki, qaynı Tariyelin meyidini çıxara bilməyiblər. Həyat yoldaşını isə Ağcabədinin Təzəkənd kəndində dəfn ediblər...
Gözüyaşlı analardan biri də Gülayə Orucovadır. 16 yaşlı balasını – Canan adlı oğlunu o gecə itirib. Dörd gün meşədə gizlənsələr də, sonradan onları əsir alıblar. Gənc və yeniyetmə oğlanları onlardan ayırıb naməlum istiqamətə aparıblar. Ölmüş erməni quldurlarının məzarı üstündə başlarını kəsəcəklərmiş. Həyat yoldaşı ilə birlikdə minbir məşəqqətlər yaşadığı əsirlikdən qurtarıb gəlsələr də, oğlundan indiyədək bir soraq ala bilməməsi onu dağlayır...
Mitinq-yürüş iştirakçıları arasında respublikamızın tanınmış ziyalıları az deyildi.
Xocalının dərd daşıyanlarından biri - İmarət Cəmilli “sınan qəlb yanğısı” ilə “bir bacı itirmşəm”,-deyir, amma, harayladığı təkcə bunlar deyil, həm də laylası çalınmayan Xocalı körpələridir. Taleyinə qaralar daha çox yazılan Qarabağın müsibətli günləri sanki onların həyatından və həyətlərindən başlamışdı. Uşaqlığı ilə gəncliyinin qovuşduğu şıltaq illərində yaşadıqları o gün gözlərində qüssədən donan həsrətə bələnmişdi. 31 il öncə, məhz bu gün Xocalısı, eləcə də dünyaya göz açdığı Cəmilli kəndi od içində yanırdı. Xocalını ocaq üstündəki saca bənzədirdi: “Xocalılılarım o sacda qovurğa kimi qovrulurdular, harayları eşidilmirdi. Xocalının susdurulan gecəsiydi, müsibətlərin ərşə dirənən, şəhidliyin qanla yazılan tarixi başlamışdı. Onda kəsilən başlardan qorxurdum, axan qanlarda boğulurdum, körpə kimi, Xocalımız köməksiz anaya bənzəyirdi: saç-birçəyini yolurdu, həm də şaxtada donurdu… “Xocalı mərsiyyəsi” abidənin ətrafına toplaşan xocalılara nələri yaşatmırdı, İlahi: O gecə mərsiyyə gecəsiydi. O gecə şəhidi-üryan gecəsiydi! O gecə kərbi-bəla gecəsiydi! O gecə dərdi-möhnət gecəsiydi! Al-qan gecəsiydi! O gecə əldən gedən can gecəsiydi! O gecə nifrəti-üsyan gecəsiydi! O gecə "yatma, ey millət, oyan!",- gecəsiydi! O gecə ah-naləmi yayan gecəsiydi! O gecə Xocalı yaralılarımı duyan gecəsiydi! Eheey!Tanrım”!
Son 15 ildə bu tədbirlərin coğrafiyası daha da genişlənib. Hazırda dünyanın 13 ölkəsi, o cümlədən ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülkü əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Bütün bunlar bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı soyqırımı Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli faciələrdən biri olmaqla, Xatın, Liditsa, Qaradur, Srebrenitsa, soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı hadisədir”.
Məncə, tarixin ən qəddarcasına törədilmiş kütlləvi terror aktına qarşı səsimizi artıq ucalda bilirik!
Xocalının qisasının alınması ilk növbədə faciənin mahiyyətinin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasından keçir. Buna görə də dövlət başçısı İlham Əliyevin, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət” devizi ilə aparılan təbliğata verdikləri töhvə artıq nəticəsini göstərməkdədir. Xocalı, ümumiyyətlə, Qarabağ dərdlərində isə bu hisslər bizi daha çox birləşdirir. Həmin birliyin bu gün şahidiyik. Bu, işğalçı Ermənistana və haqqa göz yuman, ikili standartlardan xilas olmayan bir sıra beynəlxalq birliklərə mesajdır: Biz Xocalıya dönəcəyik”!
Ziyarətçilərin arasında şəhid ailələri də az deyildi. Onlardan biri də ömür-gün yoldaşı Əhmədipur İbrahim Səfər oğlu Birinci Qarabağ savaşlarında döyüşüb şəhid olan Almaz Zeynalovadır. Bir vaxtlar ağ imarətli evləri ilə məşhur olan Ağdamda dünyaya göz açıb. Xocalılıların o gecəki müsibətlərini həm eşidib, həm də gözləri ilə görüb: “ Həyəcan dolu fəryadımızı ucaltdığımız günlərdən bizi az zaman ayırmır - 31 il! O zaman xocalılıların köməyinə dünya dövlətləri gəlmədi, əslində, göz yumdu! Dünyanın super gücləri sanki bu dəhşətlərdən dərs almırdı. Siyasi bəyanatlarla öz missiyalarını bitmiş hesab edirdilər. Yaxud götürək ATƏT-in Minsk qrupunu. Ermənilrdən sanki qorxurdu bu üçlük. Ona görə də işğalçı ilə təzavüzə məruz qalana fərq qoymadılar. Tərəfləri kompromisə çağırmaqdan, turist kimi münaqişə bölgəsinə gedib-gəlməkdən savayı nə iş gördülər? Haqq səsimizin dünayaya çatdırılmasında özümüzə güvəndik. Dünya birliyi Xocalıya ədalət prizmasından yanaşmadı, Ermənistanın təcavüzkar siyasətinə cavab olaraq işğalçılara öz yerini göstərmədi! Nəhayət, zaman ehtiyacı olan Qarabağ düyünü açıldı, həm də “dəmir yumruq”la: 44 günlük Vətən müharibəsi ilə münaqişəyə son qoyduq. Bu gün Qarabağda dinc quruculuq prosesi gedir: yollar çəkilir, körpülər salınır, hava limanları inşa edilir, ərazilərimiz minalardan təmizlənir. Bir sözlə, əbədi Qayıdış proqramı icra edilir. İllərlə davam etdirilən haqsızlıq Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində artıq dünya xalqlarının diqqətinə çatdırılır”.
Naftalan şəhərindən Bakıya, “Ana harayı” abidəsini ziyarət eləməyə gələn Vüsalə Əliyeva 30 il bundan öncə Xocalıdan perik düşüb onların şəhərinə pənah gətirənləri yaxından tanıdığını deyir: “O vaxtlar orta məktəbdə oxuyurdum. Dedilər ki, sanatoriya binalarına Xocalıdan qaçqın düşənlər gəlib. Biz məktəblilər də sinif rəhbərimiz Namiq müəllimin tapşırığı ilə evdən gündəlik lazım olan ərzaq, pal-paltar, nə bilim, daha nələrsə gətirdik. Komalayıb apardıq xocalılılara. Allah! Baxmaq olmurdu o körpələrin üzünə. Necə qorxmuşdularsa, gözləri üzümüzə zilllənib qalırdı. Bir qadını görən kimi tanıdım. Vaxtilə həyat yoldaşı ilə müalicəyə gələrdilər. Adı Almaz, soyadı, səhv eləmirəmsə, Səlimova idi. Almazın yoldaşı Fəxrəddin və iki qardaşı da o geçə şəhid olmuşdu. Nənəş xalanın oğlanlarını deyirəm. Almaz xanımgil Naftalanda 20 il qaldılar. Naftalanı özlərinə Xocalıdan sonra ikinci yurd hesab edirdilər. Elə isinişmişdik ki, xocalılılarla. Oradan köçüb gedəndə onlar üçün çox darıxdıq.Sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində onlara evlər tikib, orada məskunlaşdırdılar. Bir xeylisi də Goranboy şhərində yeni salınan şəhərcikdə evlə təmin edildilər. O günlər dəhşət idi. Yaxşı xatırlayıram, sarı avtobusla gətirmişdilər onları. Naftalanın da vəziyyəti yaxşı deyildi. Qaşaltı, Tap Qaraqoyunlu, həmçinin erməni quldurlarının daha çox toplaşdığı məşhur Talış kəndi də Naftalanın “başının üstündəydi”. Yəni özümüz də cəbhə bölgəsində yaşayırdıq. O vaxtlar xocalılıların hansı müsibətlə çıxdıqlarını öyrəndik. Hamımız da qoşulub bir-birimizə xocalılıların müsibətinə yas saxlayırdıq. Unutmaq olarmı?!”
Bu gün biz daha Xocalıya ağlamır, şəhid xocalılılara yas saxlamaqla yanaşı, onun fəryadlarını dünyaya bəyan edir və təcavüzkarı susdurmğa çağırırıq! Axı, Xoclımıza da dönüşə az qalıb.
“Ana fəryadı” abidəsini ziyarət etməklə, mən də öz milli vətənpərvərlik hisslərimi xalqımla paylaşır, xocalılıların dərdinə şərik çıxıram. Şəhid bacılarının bu abidənin başına dolanmaları məni elə kövrəltdi ki, onlara qoşulub göz yaşımla adları daşa həkk olunan şəhidlərin ruhu qarşısında borclu qaldığımızı dərk elədim.

Məhəmməd NƏRİMANOĞLU,
Emin XUDİYEV,
“Ana Vətən”

Xocalı yarası sağalmaz,  Xocalısız qalmaq olmaz! - FOTO
Xocalı yarası sağalmaz,  Xocalısız qalmaq olmaz! - FOTO

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031