
Xəbərlər
12.02.2023, 01:07
ƏLİ VAHİD ÇAYLI: TORPAĞIN SEVƏNLƏR KİMİ
TORPAĞIN SEVƏNLƏR KİMİ
Gəlin bir olaq, birləşək-
Xalqını sevənlər kimi.
Düşmənə qarşı döyüşək,
Torpağın sevənlər kimi.
Vətən ana, bacıdı, bil-
Ata başın tacıdı, bil.
Həqiqətlər acıdı, bil,
Yalanı sevənlər kimi.
Niyə susmalıyıq, axı..?
Soldan vurmalıyıq sağı.
Kökündən qırmalıyıq tağı,
Zəhərin görənlər kimi.
Elin oğlu, qızı mərddi,
Çoxdu qeyrətlisi mərdi.
Fransızın azmı dərdi,
Makronu söyənlər kimi.
Əldə "Quran"-kitabımız,
Vicdanımız, amalımız.
İşıqlıdır sabahımız -
Çörəyin bölənlər kimi.
Dağlardan axır çayımız,
Göylərdən gəlir payımız.
Bilir Əl-Vahid Çaylımız,
Allahın sevənlər kimi.
Bakı-23
Şair ocağı
12.02.23.
Gəlin bir olaq, birləşək-
Xalqını sevənlər kimi.
Düşmənə qarşı döyüşək,
Torpağın sevənlər kimi.
Vətən ana, bacıdı, bil-
Ata başın tacıdı, bil.
Həqiqətlər acıdı, bil,
Yalanı sevənlər kimi.
Niyə susmalıyıq, axı..?
Soldan vurmalıyıq sağı.
Kökündən qırmalıyıq tağı,
Zəhərin görənlər kimi.
Elin oğlu, qızı mərddi,
Çoxdu qeyrətlisi mərdi.
Fransızın azmı dərdi,
Makronu söyənlər kimi.
Əldə "Quran"-kitabımız,
Vicdanımız, amalımız.
İşıqlıdır sabahımız -
Çörəyin bölənlər kimi.
Dağlardan axır çayımız,
Göylərdən gəlir payımız.
Bilir Əl-Vahid Çaylımız,
Allahın sevənlər kimi.
Bakı-23
Şair ocağı
12.02.23.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





