Şahin FAZİL: QƏZƏL - FOTO
QƏZƏL

Fevralın 6-da Türkiyədə olduqca
güclü zəlzələ baş verdi...


Göydənmi bu gün Türkiyəyə zəlzələ endi?
Sarsıldım, İlahi, bədənim zəlzələləndi.

Fəryad ilə nalə hələ qalxmırdı yer üstdən
Fəryad ilə nalə zilə qalxdı, bəmə endi.

Şeytanmı ayaq açdı fələk lərzəyə düşdü,
Çoxdandı ki, Yer görməmiş idi belə “fəndi”.

Söz yox ki, bəladən bu diyar qurtulacaqdır,
Əlbəttə ki, yardım edəcək Allah Əfəndi.

Sahibləri düzgün əməlin az deyil, həm də
Tarix boyu gördük nə qədər əyri həpəndi.

Bir anda uçub oldu Mədain elə viran
“Viran” ilə “qan” kəlmələri qafiyələndi.

İranda da Xoy zəlzələsi nalə qoparmış,
Bilməm nə edib Şərq ki, gözlər gilələndi.

Ey Türkiyə, bir bənd ilə bağlı iki ölkə,
Heç kim qıra bilməz aramızdan elə bəndi.

Göz yaşlarının, göz qoyuram, ömrü uzandı,
Göz yaşları axdı Yerə, yaşlar səpələndi.

Evlər var idi titrədi torpaq ilə birgə,
Evlər elə çökdü və çöküb də təpələndi.

İnsaf neçin zəlzələdə yox qədərində -
Yıxdı şəhəri, bürc-qalanı, qəryəni, kəndi.

Hərb iştahı ilə dağıdır çox yanı insan,
Yer Kürrəsi hey lərzə görən, torpaq əsəndi.

Yer Kürrəsinə diqqəti artır, ulu Tanrı,
Oldun ona Dayə, elə Dayə seviləndi.

Ey Türkiyə, türk milləti çoxdur cahan içrə,
Əlbət ki, bu Şahin sən iləndi, sən iləndi!!!

06.02.2023

Şahin FAZİL: QƏZƏL - FOTO
Şahin FAZİL: QƏZƏL - FOTO

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031