Xəbərlər
27.01.2023, 23:33
Elxan Çıraxlı - Kölgə - FOTO
Oxuduğumuz kitablarda, qəzet səhifələrində, saytlarda rast gəldiyimiz ifadələrdən biri də kölgə sözüdür. Mətnlə tanış olduqdan sonra isə bu sözün hansı mənada işləndiyini, söhbətin nədən getdiyini anlaya bilirik. Kölgə sözünün mənfi çalarda işlənməsinə demək olar ki ,az- az hallarda rast gəlmək olur. Bununla bağlı hamıya məlum olan adi bir misal da demək olar.
Məsələn : "Onun söylədikləri əldə etdiyimiz nailiyyətlərə, qazandığımız uğurlara kölgə salır". El arasında tez- tez işlənən başqa bir deyimi də xatırlatmaq yerinə düşər :" Filankəs filankəsin kölgəsində yaşayır". Bu fikir tənbəl, işləmək istəməyənlərin digər insanların hesabına, kölgəsində yaşaması anlamında işlədilir. Ağac kölgəsi dedikdə ilk növbədə göz önünə isti yay günləri gəlir. İnsanlar günəş istisindən qorunmaq üçün ağac kölgəsini özlərinə təhlükəsiz məkan seçir və ona sığınırlar. Ağaclar isə, bir an da olsun gözlərini qırpmır. Günəşin qarşısında məğrur dayanaraq isti havanın qarşısını kəsir. Ona pənah gətirənlərdən üz döndərmir, əksinə onları köksündə yerləşdirir. Kölgəsi ilə insanların rahatlığını təmin edir. O vaxta qədər ki, hava tempraturu get- gedə aşağı düşür, daha kölgələnməyə ehtiyac qalmır. Qanadlarının kölgəsi daima adamların xilaskarı rolunu oynayır. Bəlkə də, insanlara olan borcun bir hissəsini bu qaydada ödəyir, bunu bizə intisuyamız deyir.
Bu yaxınlarda sağlamlığım xatirinə bir az piyada gəzməli oldum. Qarşımda mənimlə bərabər kölgəm də gedirdi. Addımlayarkən yerişimə və əl- qol hərəkətlərimə bir anlıq diqqət etdim. Uşaqlıq illərim yadıma düşdü. Öz kölgəmə baxanda rəhmətlik atamı xatırladım. Əlimdən tutub yol gedərkən onun kölgəsi gözümün önünə gəldi. O zaman özümü hamıdan güclü sanırdım. Heç kimdən və heç nədən qorxmurdum. İndi isə dönüb geriyə baxanda təsirlənirəm. Hər yan bom- boş görünür. Nə atamı görürəm, nə də onun kölgəsini...

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay