
Xəbərlər
17.01.2023, 14:00
Qarabağda çalışan mütəxəssislərə hansı halda imtiyazlar veriləcək?

Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin hansı şərtlərdə güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik olduğunu açıqlayıb.
DƏMX-dən verilən məlumata görə, bu, Əmək Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir.
Məcəlləyə əsasən, mütəxəssislər aşağıdakı güzəştləri əldə edirlər:
- Mütəxəssislərin əmək müqaviləsi bağladıqları işəgötürən işğaldan azad edilmiş ərazilərdə vergi uçotunda olduqda;
- Mütəxəssislərin əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə;
- Mütəxəssislər işğaldan azad edilmiş ərazilərdə məskunlaşdıqda.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










