Xəbərlər
21.05.2026, 13:31
“Eşref Rüya” Çağatayın sevgilisinə görə final edir?
“Kanal D”nin reytinqli layihələrindən olan, baş rollarını Çağatay Ulusoy və Demet Özdemirin paylaşdığı “Eşref Rüya” serialının qəfil final qərarı ilə bağlı bir sıra iddialar ortaya atılıb.
“Qafqazinfo” xəbər verir ki, layihənin yüksək istehsal xərcləri səbəbindən ekranlara vida edəcəyi iddiaları müzakirələrə səbəb olub.
Bununla yanaşı, serialın çəkiliş prosesi ilə bağlı yeni iddialar da gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan məlumatlarda Çağatay Ulusoyun sevgilisi, aktrisa Aslıhan Malbora ilə bağlı qısqanclıq iddiaları irəli sürülüb. Bu iddialarda çəkiliş meydançasında gərginlik yaşandığı və vəziyyətin serialın gedişatına təsir etdiyi qeyd olunub.
İddialara münasibət bildirən Aslıhan Malbora yayılan xəbərləri təkzib edib.
“Bunu kimin dediyini gördüm, bir səlahiyyətli şəxsdən soruşun, cavab alacaqsınız. İnsanlar daha pis və kinli olublar, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, yəqin ki, belə böyük məsələlərə qarışa bilmərəm”, - o qeyd edib.
Onun açıqlaması iddialara cavab kimi qiymətləndirilib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay