15 yanvar - Beynəlxalq Vikipediya Günüdür
Bu gün “Vikipediya” internet şəbəkəsinin yaradılmasının 22 ili tamam olur


Bu gün dünyanın ən zəngin elektron ensiklopediyası olan “Vikipediya”nın yaranmasının 22 ili tamam olur. Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

“Vikipediya” internetdə azad şəkildə yayımlanan, dünyanın 318 dilində mövcud olan, viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən inkişaf etdirilən ensiklopediyadır. Azad dedikdə, “Vikipediya”dakı məlumatların oxunmasının və istifadəsinin azadlığı ilə yanaşı, orada redaktə etməyin azadlığı da nəzərdə tutulur.

Beynəlxalq Vikipediya Günü münasibətilə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi Eldar Əzimov AZƏRTAC-a fikirlərini bölüşüb. O bildirib ki, “Vikipediya” açıq ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyət göstərməyə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib: “Vikipediya”da məqalələr könüllü internet istifadəçiləri tərəfindən yoxlanılır ki, bu da ensiklopediyanın çox sürətlə zənginləşməsinə səbəb olub. Ensiklopediyanın adı ingilis texniki termini olan “wiki” (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində “tez” deməkdir) və “encyclopedia” (ensiklopediya) sözlərindən yaranıb. Təxminən bir il sonra 2002-ci il yanvarın 13-də isə “Vikipediya”nın Azərbaycan dilində bölməsi yarandı. Geridə qalan son 21 il ərzində Azərbaycan dilində “Vikipediya” xeyli inkişaf edərək ölkəmizdə ən çox oxunan onlayn ensiklopediya olaraq öz yerini alıb. Xarici dildə bilməyən və ana dilində məlumat əldə etmək istəyən insanlar üçün “Vikipediya”nın önəmi çox böyükdür. Təxminən 10 il əvvəl doğma dilimizdə internetə istədiyimiz məlumatları tapmaqda çox çətinlik çəkirdik və demək olar ki, çox zaman tapa bilmir və digər dillərdə axtarmağa üstünlük verirdik. Lakin hazırdakı boşluq “Vikipediya” sayəsində kifayət qədər aradan qalxıb. Razıyam, yenə də bəzən istədiyimiz məlumatı ana dilimizdə tapa bilməsək belə, 10 il əvvəlki vəziyyət deyil. Azərbaycan dilli “Vikipediya”da məlumatların sayı çox artıb. Gələcəkdə hər bir məlumatı öz dilimizdə rahat şəkildə tapa bilməyimiz üçün Azərbaycan dilini anlayan və bu dildə danışan hər bir kəsin “Vikipediya”ya dəstək verməsi ən azı bir-iki məqalə yaratması lazımdır. Azərbaycan dilindəki “Vikipediya”nın son zamanlarda zənginləşməsini internet üzərində axtarışlar edən həs kəs anlaya bilər. Son statistikalar da bunun bariz nümunəsidir. Ötən ilin sadəcə dekabr ayı ərzində “Vikipediya”nın Azərbaycan dilində olan səhifələri 29 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 333 milyondur”.

Eldar Əzimov qeyd edib ki, bu gün “Vikipediya” ən çox daxil olunan saytlar arasında yüksək yerlərdə qərarlaşır. “Daha dəqiq desək, “Similarweb”in açıqladığı statistikaya əsasən, dünyada və ölkəmizdə ən çox daxil olunan 7-ci saytdır və bu amil “Vikipediya”nın insanlar arasındakı vacibliyinin və əhəmiyyətinin göstəricisidir. Bununla yanaşı, rahatlıqla hiss edə bilirik ki, artıq Azərbaycan dilində axtarış edib məlumat əldə etmək istəyən insanların sayı xeyli artıb. Bunları nəzərə alaraq ana dilimizdəki “Vikipediya”nı qoruyub zənginləşdirməliyik ki, gələcək nəsil məlumat azlığından əziyyət çəkməsin”, - deyə “Vikipediya”nın Azərbaycan dili bölməsinin idarəçisi vurğulayıb.
15 yanvar - Beynəlxalq Vikipediya Günüdür

Son xəbərlər

İŞIĞIN İŞIĞINA

Bəhruz Məmmədov : Təbiətdən öyrənə bilmədiklərimiz... - FOTO

“Qızım babası kimi siyasətçi olacaq”

35 yaşlı futbolçu oyun zamanı infarkt keçirdi

Dünyanın ən güclü ordusunu yaratmağı hədəfləyir

Moskvada 200-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib

"Neftçi" "Turan Tovuz"la matçda xal itirdi

Qubadlının işğaldan azad edilməsindən 6 il ötür

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Gülnarə Məhəmmədqızı : Həyat Səhnəsi - FOTO

İcra başçısı şəhidin anım mərasimində iştirak edib - FOTOLAR

"İlham Əliyev arzularımızı gerçəkləşdirdi" - İnfantino (FOTOLAR)

Balaca azərbaycanlı rəssamlar Parisdə ölkəmizin mədəniyyətini dünyaya tanıdırlar - FOTOLAR

“Titanik”in batmasının sirri AÇILDI: əslində necə baş verməsi haqda YENİ FAKTLAR

Kartdan-karta pul köçürənlərə vacib xəbər

Şükür də ilahi vergidir

Nev vəfat etdi

Dilarə Əliyevaya yeni vəzifə verildi

Məşhur ailənin gəlini bu addımı ilə diqqət çəkdi

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031