Turaztv.az » Xəbərlər » Bir oyunda ən çox qol vuran futbolçunun adı açıqlanıb
Xəbərlər

Bir oyunda ən çox qol vuran futbolçunun adı açıqlanıb

08.01.2023, 00:17 576
Bir oyunda ən çox qol vuran futbolçunun adı açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası ötən il bir oyunda ən çox qol vuran futbolçunun adını açıqlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, Argentina millisinin və “Mançester Siti”nin hücumçusu Xulian Alvares olub. Bu, Alvaresin hələ “River Pleyt”də oynadığı vaxt qeydə alınıb. Forvard “Alyansa Lima” ilə oyunda 6 qola imza atıb. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Ötən il mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbə qazanıb.

Xatırladaq ki, Xulian Alvares ötən yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.

Oxşar xəbərlər