Xəbərlər
6.01.2023, 20:49
Solmaz ŞİRVANLI - YOXDUR
YOXDUR
Geniş dünyam dar olubdur gözümdə,
Qara geyib,xəstə düşüb sözüm də,
Canda taqət,itib gedib dözüm də,
Dərdimə şəfakar həkim də yoxdur.
Niyə gəldim,nə qazandım bilmirəm,
Gecə gündüz ağlar gözüm silmirəm,
Necə deyim Əzrailə ölmürəm,
Kimsəyə nə sözüm,hökm də yoxdur.
Ömür dedikləri cəhənnəm imiş,
Həyat başdan başa demə qəm imiş,
Solmazın qisməti demə kəm imiş,
Gün gündən əriyən çəkim də yoxdur,
Dərdə dərman yazan həkim də yoxdur!
Solmaz Şirvanlı
06--01-2023
Şamaxı
Qara geyib,xəstə düşüb sözüm də,
Canda taqət,itib gedib dözüm də,
Dərdimə şəfakar həkim də yoxdur.
Niyə gəldim,nə qazandım bilmirəm,
Gecə gündüz ağlar gözüm silmirəm,
Necə deyim Əzrailə ölmürəm,
Kimsəyə nə sözüm,hökm də yoxdur.
Ömür dedikləri cəhənnəm imiş,
Həyat başdan başa demə qəm imiş,
Solmazın qisməti demə kəm imiş,
Gün gündən əriyən çəkim də yoxdur,
Dərdə dərman yazan həkim də yoxdur!
Solmaz Şirvanlı
06--01-2023
Şamaxı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




