Xəbərlər / Nesr
3.01.2023, 23:02
MİLLİ HƏDƏFLƏRƏ DOĞRU - Tağı Baba oğlu Tağızadə
2003-cü il oktyabrın 31-də ölkə Prezidenti seçilmiş İlham Əliyev andiçmə mərasimində Azərbaycanın mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini dəqiq xarakterizə etməklə yanaşı, növbəti illər üçün özünün əsas fəaliyyət prioritetlərini açıqlamışdı: güclü dövlət, sabitliyə təminat, hər kəs üçün sosial rifah!
Qısa müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə bu hədəflərə doğru atılan addımlar və əldə edilən mühüm nailiyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını göstərdi. Heydər Əliyevin zəngin dövlətçilik fəlsəfəsindən bəhrələnən İlham Əliyev müstəqil Azərbaycan dövlətinin gələcəyi ilə bağlı böyük qətiyyət göstərdi. Prezident Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsdlərdən qorumağa qadir güclü lider olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını qısa müddət ərzində nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş bütün cəhdlərin qarşısı xalqın dəstəyi ilə alındı. Cəmiyyətdə barış, həmrəylik ovqatı daha da gücləndirildi. Prezident İlham Əliyev ən mürəkkəb siyasi vəziyyətlərdə belə bir lider kimi birləşdirici keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının işığına toplamağı bacararaq cəmiyyətimizdə yeni bir mənəvi mühit, dövlətçilik təfəkkürü formalaşdırdı.
Ulu öndərin möhkəm təməllər üzərində formalaşdırdığı idarəçilik ənənələrini davam etdirərək xalqımıza milli dövlətçilik tariximizin ən böyük uğurlarını qazandırdı.
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” - deyə bəyan edən dövlət başçısı 27 illik çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini bütünlüklə doğrultdu. Sistemli və düzgün koordinasiya olunmuş işlə xalq qarşısında verdiyi bütün vədlərə sadiqliyini sübuta yetirdi. İlham Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğu proseslərinin, ölkənin demokratik inkişafının davamlılığını təmin etdi. Bunun üçünsə respublikamızın sosial-iqtisadi potensialını gücləndirdi. Çünki demokratik inkişaf üçün iqtisadi əsasların olması çox mühümdür. Azərbaycan Prezidentinin özünün də qeyd etdiyi kimi, əsl demokratik cəmiyyət formalaşdırmaqdan ötrü, birinci növbədə, maddi baza olmalıdır. Demokratik inkişaf möhkəm iqtisadi təmələ əsaslanmalıdır. Güclü iqtisadiyyat olmasa, səmərəli iqtisadi islahatlar keçirilməsə, şübhəsiz, demokratiyanın inkişafı üçün lazımi şərait ola bilməz. İqtisadiyyatı zəif olan ölkələrdə demokratik inkişaf proseslərinin zəifliyi, bunun əksinə, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demokratik proseslərin sürətlə getməsi bu qanunauyğunluğa əsaslanır. Cənab İlham Əliyev Azərbaycana rəhbərliyinin ilk dövrlərindən bəyan etdi ki, ölkəmizdə iqtisadi islahatlar siyasi islahatlarla paralel getməlidir. Bu iki amil məntiqi cəhətdən bir-birini tamamlamalıdır. Azərbaycan Prezidenti bu paralelliyi təmin edə bildi.
İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan keçid iqtisadiyyatını başa çatdırdı. Ölkədə həyata keçirilən mükəmməl sosial-iqtisadi inkişaf strategiyası ilə inkişafın Azərbaycan modeli formalaşdı. Bu model aparılan siyasətin ayrılmaz tərkib hissəsi olmaqla, Azərbaycanın iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına xidmət etdi.
Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri bu dövrdə istifadəyə verildi. “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları kəşf olundu. Şərqlə Qərbi qovuşduracaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə başlanıldı. Ölkə əhəmiyyətli yol-nəqliyyat sistemi, infrastruktur müasirləşdirildi. Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə boru kəmərlərinin şaxələndirilməsi respublikamızın bütövlükdə Avropa məkanının enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməsinə əsas yaratdı. Bu fakt Azərbaycanın dünya birliyi üçün önəmini artırdı. Beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da gücləndi.
Tağı Baba oğlu Tağızadə

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay