Xəbərlər
3.01.2023, 21:07
“Marakana” stadionuna gedən əsas yollardan birinə Pelenin adı veriləcək
Rio-de-Janeyrodakı “Marakana” stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu, braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə şəhərin meri Eduardo Paes tviter səhifəsində məlumat verib.
“Marakananı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - mer yazıb.
Qeyd edək ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı dünya çempionatında üç dəfə qalib gələn yeganə oyunçudur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay