XİN: Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatları dayandırmağa çağırırıq
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı Üçtərəfli Bəyanata uyğun olaraq, xüsusilə “Laçın dəhlizi ilə hər iki istiqamətdə hərəkət edən şəxslərin, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyi” ilə bağlı Azərbaycan tərəfindən verilən zəmanətləri təsdiq edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin AİHM-in müvəqqəti tədbirlər haqqında qərarına dair şərhində bildirilir.

AİHM-in qərarı, həmçinin Rusiya sülhməramlı kontingenti tərəfindən yol boyu nəqliyyatın tənzimlənməsi üzrə öhdəliklərin yerinə yetirilməsi, o cümlədən humanitar və tibbi yardımların keçməsinə şərait yaradılması səbəbindən “Azərbaycan hökumətinin Laçın dəhlizindəki vəziyyətə nə dərəcədə nəzarət etdiyinin mübahisəli olduğunu və aydın olmadığını” qeyd edir.

Dəfələrlə müxtəlif kütləvi informasiya vasitələrində Beynəlxalq Qızıl Xaç Komitəsinin və erməni təcili yardım maşınlarının Laçın yolu ilə sərbəst və təhlükəsiz keçdiyinə dair video sübutlar yayımlanıb. Beləliklə, müvəqqəti tədbirlər haqqında qərarda göstərildiyi kimi, Ermənistanda tibbi müalicəyə ehtiyacı olan ağır xəstələrin təhlükəsiz keçidi təmin edilib.

Azərbaycan hökuməti, Azərbaycan ərazilərində hərəkət azadlığı ilə yanaşı, Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, habelə onların Laçın yolu vasitəsilə daşınmasına etiraz etmək məqsədilə Laçın yolunda toplaşmış dinc etirazçıların hüquqlarına da zəmanət verir.

Azərbaycan, həmçinin məcburi köçkün ailələrinin və icmalarının evlərinə qayıtmasının qarşısını almaq üçün qəsdən Laçındakı mülki əhalinin evlərində yerləşdirilmiş, 2021-ci ildə Ermənistanda istehsal olunan minaların Azərbaycana daşınması üçün Ermənistan tərəfindən Laçın yolundan istifadə edilməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. Ermənilər tərəfindən qəsdən basdırılmış minalar Azərbaycanda mina qurbanlarının sayının artmasına səbəb olur. Nəticədə Vətən müharibəsinin başa çatmasından bu günədək 276 vətəndaşımız mina qurbanı olub, onlardan 3 nəfər jurnalist daxil 46 nəfər həlak olub. Həlak olan 46 nəfərdən 35-i mülki şəxsdir.

Kobud insan hüquqları və beynəlxalq hüquq normalarının pozulmasına dair sübutlar Beynəlxalq Ədalət Məhkəməsi, Avropa Şurası və BMT Baş katibi də daxil olmaqla müxtəlif beynəlxalq qurumlara təqdim edilib.

Azərbaycan beynəlxalq hüquq öhdəliklərinə əməl etməyə davam edəcək. Ermənistanı Azərbaycana və onun əhalisinə qarşı təxribatlarını dayandırmağa çağırırıq.

Qeyd edək ki, dekabrın 21-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Laçın yolu ilə bağlı “Ermənistan Azərbaycana qarşı” (№ 4) işində müvəqqəti tədbirlər haqqında qərar qəbul edib.

Son xəbərlər

Yeni qaydalar qüvvəyə minir: Tamamilə qadağan edildi

Vaşinqtonda bir araya gələcəklər

Abşeronda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi+Fotolar-Yenilənib

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Şair Lalə İsmayılın "Bəyaz Durnalar" adlı ilk kitabı işıq üzü görüb

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı - FOTO

“Alnım açıq, başım dik” - Sıladan açıqlama

Ələt–20-ci Sahə istiqamətində 195E nömrəli yeni ekspres marşrut istifadəyə verilir

Nəsrinin serialı ilə bağlı dəyişiklik

Yenidən eyni layihədə rol alacaqlar

"Vətənpərvərlik epopeyası" qələmin gücündə

“Blok3”ə sui-qəsd hazırlayanlar həbs edildi

Mətbuat dedikdə , ilk növbədə həmişə qəzetlər göz önünə gəlir

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031