Xəbərlər
18.12.2022, 23:03
ARKANDA BİZ VARIZ, A TÜRK QARDAŞIM - FOTO
ARKANDA BİZ VARIZ,
A TÜRK QARDAŞIM
Bağışlama, sən böyle bir iyaneti,
Ay annem, ay ablam, a türk kardeşim!
Tarihdə daşlaşıb Türkün qeyreti,
Bilirsen ne çekib hale bu başım,
Ay annem, ay ablam, a türk kardeşim!
Donan damarımda qaynadı qanım,
Sənsən iftixarım, sənsən gümanım!
Türkün olacakdı dövrüm, zamanım,
Bahara qoy dönsün zimistan, qışım,
Ay annem, ay ablam, a türk kardeşim!
Ay-yıldızlı bayrağımız qoşadı,
Görürsüzmü, qardaşlar baş-başadı!
İki dövlət, bir milləttək yaşadı,
Min illər gəlibdi yaş üstə yaşım,
Ay annem, ay ablam, a türk kardeşim!
Bakıyla qol-boyun olub Ankara!
Gəlibdi türk oğlu həmişə kara!
Birlikdir, bilirik, dərdlərə çara?!
Qalıbdı tapdaqda torpağım-daşım,
Ay annem, ay ablam, a türk kardeşim!
De haydı, biz verək yenə əl-ələ,
Qoy qovuşsun bütün Turan el-elə.
Düşmənimlə çox savaşım var hələ,
Vətən üçün ha qanıma bulaşım,
Ay annem, ay ablam, a türk kardeşim!
Bütövləşsin türkün səsi, biləyi,
Çiçək açsın hər arzusu, diləyi.
Türk anası bələyibdi bələyi,
Sən arxasan, sən dayağım, sirdaşım,
Ay annem, ay bacım, a türk kardeşim!
Məhəmməd Nərimanoglu
07 mart 2015-ci il,
Antalya, Lara Handraus hoteli
A TÜRK QARDAŞIM
Bağışlama, sən böyle bir iyaneti,
Ay annem, ay ablam, a türk kardeşim!
Tarihdə daşlaşıb Türkün qeyreti,
Bilirsen ne çekib hale bu başım,
Ay annem, ay ablam, a türk kardeşim!
Donan damarımda qaynadı qanım,
Sənsən iftixarım, sənsən gümanım!
Türkün olacakdı dövrüm, zamanım,
Bahara qoy dönsün zimistan, qışım,
Ay annem, ay ablam, a türk kardeşim!
Ay-yıldızlı bayrağımız qoşadı,
Görürsüzmü, qardaşlar baş-başadı!
İki dövlət, bir milləttək yaşadı,
Min illər gəlibdi yaş üstə yaşım,
Ay annem, ay ablam, a türk kardeşim!
Bakıyla qol-boyun olub Ankara!
Gəlibdi türk oğlu həmişə kara!
Birlikdir, bilirik, dərdlərə çara?!
Qalıbdı tapdaqda torpağım-daşım,
Ay annem, ay ablam, a türk kardeşim!
De haydı, biz verək yenə əl-ələ,
Qoy qovuşsun bütün Turan el-elə.
Düşmənimlə çox savaşım var hələ,
Vətən üçün ha qanıma bulaşım,
Ay annem, ay ablam, a türk kardeşim!
Bütövləşsin türkün səsi, biləyi,
Çiçək açsın hər arzusu, diləyi.
Türk anası bələyibdi bələyi,
Sən arxasan, sən dayağım, sirdaşım,
Ay annem, ay bacım, a türk kardeşim!
Məhəmməd Nərimanoglu
07 mart 2015-ci il,
Antalya, Lara Handraus hoteli
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















