QARŞIDAN 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ GƏLİR
31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ

Azərbaycan çox çətin yollardan keçmiş, buna baxmayaraq müstəqilliyini qoruyub indiyə kimi saxlamışdır. Daim düşmənlərlə mübarizə aparmış, onlara öz əzmini göstərmişdir. Bu gün var olmasının, bütöv səslənməsinin əsl səbəbi xalqımızın birliyidir. Düşmənlər nə qədər parçalamağa, ayırmağa çalışsalar da buna nail ola bilməmişlər.
Elə tarixlər vardır ki, onlar Azərbaycanın həyatında mühüm rol oynayıb. 31 dekabrı buna misal göstərmək olar.
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü olaraq qeyd olunur. Bu tarix Azərbaycan xalqının yadda qalan günlərindən biridir. 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin dağıdılması ilə bu gün əsası qoyulub.
Həmin ilin soyuq, şaxtalı qış günündə minlərlə soydaşımız tarixin ədalətsiz hökmünə- təxminən 200 il bundan əvvəl bağlanmış 1813- cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələrinin şərtlərinə etiraz əlaməti olaraq Araz çayının sahilinə toplaşdılar, doğma Azərbaycanı ikiyə bölən tikanlı məftilləri dağıtdılar. Beləliklə, 31 dekabr Azərbaycan tarixinə Milli Həmrəylik Günü kimi daxil oldu. Rəsmi olaraq isə 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Bu barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etdi. Qərarda belə qeyd olunurdu:
1.31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il qeyd edilsin.
2.Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.
3. 31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respublikasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Ali Sovetinə təklif edilsin.
4. Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri demokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb, həyata keçirsinlər.
5. Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.
6.Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 31 dekabr Azərbaycan üçün mühüm bayramdır, hətta yeni il belə ikinci plana keçib. Həmrəylik günü birləşməyin simvolik rəmzidir. Bu rəmzə uyğun olaraq Azərbaycan xalqı ikinci Qarabağ müharibəsində təkcə düşmənə deyil, bütün dünyaya həmrəy olduğunu sübut etdi. Prezident İlham Əliyevin uzaq görən siyasəti,ordumuzun dəmir iradəsi, xalqımızın bir yumruq altında birləşməsi nəticəsində " Dəmir Yumruq " siyasətini layiqincə yerinə yetirdik. Nəticədə qələbə çaldıq.


NİGAR İMAN
BAKI DÖVLƏT UNİVERSİTETİNİN JURNALİSTİKA FAKÜLTƏSİNİN III KURS TƏLƏBƏSİ

QARŞIDAN 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ GƏLİR
QARŞIDAN 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ GƏLİR
QARŞIDAN 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ GƏLİR
QARŞIDAN 31 DEKABR-DÜNYA AZƏRBAYCANLILARIN HƏMRƏYLİK GÜNÜ GƏLİR

Son xəbərlər

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bu ərazilərdə işıq olmayacaq

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Alzheymer xəstəliyinə bunlar səbəb olur

Tərəf müqabili oldular

MƏN BORÇALI TÜRKÜYƏM

Sevinc YUNUSLU : Sən mənim görüşümə beləcə gəl, ləngimə - FOTO

İllər ondan nəsə aparmır.... - “Odisseya”nın “Kraliça”sı

Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

NİCAT NOVRUZOĞLU : Bağrımın başında nişan üzüyü - FOTO

Hikmət Məlikzadə : Allah verirsə, nemətdir, vermirsə, hikmətdir” - FOTO

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik

Amerika 7 İran hərbçisini öldürdü

"Yeraltı”nda yeni aktrisa - FOTO

Yazıcıoğlu və Baysel tərəf müqabili oldu

"Kuruluş Orhan"ın aktyoru yeni serialda - FOTO

Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH

"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031