Baş leytenant hərbçi həyat yoldaşını bıçaqla QƏTLƏ YETİRDİ - YENİLƏNİB

Goranboyda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, oktyabrın 30-u saat 19 radələrində 1993-cü il təvəllüdlü Zəhra Babayevanın kirayədə yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Bəbir Həsənlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Zəhra Babayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bəbir Həsənli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

***21:55

Goranboyda qətl hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy rayon Polis Şöbəsinə qadının çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub:

"Dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirib. Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir".

21:36

Goranboyda qətl hadisəsi baş verib.

1994-cü il təvəllüdlü Bəbir Həsənli həyat yoldaşı 1993-cü il təvəllüdlü Zəhra Babayevanı bıçaqlayaraq qətlə yetirib.

Qeyd edək ki, hər iki şəxs hərbi qulluqçudur.

Bəbir Həsənli baş leytenant, Zəhra Babayeva isə MAXE-dir.

Son xəbərlər

Daha bir serial eşqi gerçək oldu - FOTO

Dilan Polat haqqında istintaq başladıldı

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Həsrətin adı (Hekayə)

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Hollivud ulduzlarının telefon nömrələrini paylaşdılar

Hikmət Məlikzadə : “Heç kimə qədərindən artıq dəyər vermə...” - FOTO

Bizə öyrətdiyiniz hər bir söz, hər bir cümlə bu gün də xatirimizdədir. - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031