Nə arzun var ürəyində yaşayan, Bu yaşında gəlsin sənin başına - FOTO
Nə arzun var ürəyində yaşayan,
Bu yaşında gəlsin sənin başına.


Zəriflik, gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə hər zaman uca tutulub. Həmçinin milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında qadınların müstəsna xidmətləri olub.
Qadınlar xarakter baxımından bir-birinə bənzəmirlər: zəifi olur, güclüsü olur. Onları birləşdirən yeganə ad, övladlarına olan arzu-istəkləri eynilik təşkil edən Ana adıdır. Ölkəmizdə qadınların maariflənməsi, ictimai həyatda kişilərlə birgə fəaliyyət göstərmələri qadınlara verilən dəyərin göstəricisidir. Nəzərə almalıyıq ki, qadınlar siyasi arenada yalnız gözəllik rəmzi kimi yox, verilən qərarlarda daha fəal şəkildə iştirak etməlidirlər, çünki zərif cinsin nümayəndələri həmişə qanunpərəst və daha ədalətli olublar.
Qeyd etməliyik ki, yüksək təhsilə, mədəniyyətə malik olan qadın, sabahın övladına düzgün tərbiyə verən anadır. Mövlanə kişilərə müraciətlə yazır: “Analıq qədər qadın əməyi də güclüdür”.

Bəzi şeylər var sevilir, çünki onlar dəyərlidir... Bəzi şeylər var dəyərlidir, çünki onlar sevilir... Qadınlar hər ikisinə layiqdir!
Hazırda ictimai həyatımızda daimi fəaliyyət göstərib uğur əldə edən qadınlarımız var. Cəmiyyətimizdə fəaliyyət göstərən, böyük nüfuz sahibi olan qadınlarımızdan biri də Aygün Abasqulu qızı Məmmədovadır.
Bu xanım xeyli vaxtdır ki, mətbuatdadır. Həyatı boyu hər zaman haqq tərəfdarı olub, övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, yazarın yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. “Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, boynuna götürdüyün işi sonadək başa çatdırmayırsansa, bir işə yaramayacaq. Yazarın hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”, - deyir Aygün xanım.
Zəhməti, əziyyəti, əsəbi, qələmi, gecə-gündüz çalışmağı hesabına çox şeyə nail olub. Xeyirxahlığı, təvazökarlığı, işgüzarlığı, gözəl ailəsi ilə başqalarına nümunədir. Sevincini dostları ilə bölüşüb, dərdini, kədərini, nisgilini, acısını-ağrısını içində yaşadıb. Həyat çox halda üzünə gülməsə də, o, gülməyi, dostlarının sevincinə sevinməyi bacarıb. İmkanları geniş olub, müxtəlif sahələrdə çalışan qohumları, dostları olsa da, heç vaxt, heç kəsə öz işi üçün ağız açmayıb. Ailənin ruzisini qələmindən çıxarıb.
Nə arzun var ürəyində yaşayan, Bu yaşında gəlsin sənin başına - FOTO

Aygün Məmmədovanın bu gün ad günüdür. Masallıda anadan olub. 1985-ci ildə elə Masallıda da orta təhsilini başa vurub. 1989-cu ildə isə hüquqşünas ixtisasına yiyələnib. Təhsil almaqla yanaşı rayon icra hakimiyyətində çalışıb.
Az müddət sonra bu sahədə çalışmaq üçün təklif alır və Bakı şəhərinə köçüb və 23 ildir ki, Bakı şəhərində yaşayır, çalışır, yaradır. Ailəlidir, 2 oğlu var. Onlar cəmiyyətə yararlı ruhda böyüdülüb tərbiyə edilib.
Media sahəsində çalışdığı müddətdə tərcümeyi-halı müxtəlif qəzetlərlə zəngin olub. Belə ki, əvvəlcə “Qanunçuluğun keşiyində” şöbə müdiri, “Iskra” qəzetində redaktor müavini, “Zamanpress”də redaktor, “Tale yolları”nda redaktor müavini, “Bakineç” saytında və şəhidlərin, müharibə veteranlarının cəmiyyətində hüquqşünas kimi fəaliyyət göstərib. Hazırda “Əsrin qəzeti”ndə şöbə müdiri vəzifəsində çalışır.
Nə arzun var ürəyində yaşayan, Bu yaşında gəlsin sənin başına - FOTO

Qeyr etdiyim kimi, bu gün Aygün xanımın ad günüdür, şad günüdür. Aygün xanıma – həmkarımıza cansağlığı, xoşbəxtlik, qadın səadəti arzulayır, böyük yaradıcılıq uğurları əldə etmək şansını diləyirik. Qoy qəlbindəki nə istəyin varsa, hamısı həyata keçsin.
Və sonda...

Doğum günün mübarəkdir, ay Aygün,
Nə arzun var ürəyində çin olsun.
Həyat yolun boranlara düşməsin,
Başın üstə daim nurlu gün olsun.


Doğum günün mübarəkdir, ay Aygün,
Allah səni nəzərində saxlasın.
Endirməsin qəm-kədərin yanına,
Xoşbəxtliyin üzərində saxlasın.


Doğum günün mübarəkdir, ay Aygün,
Sən layiqsən sözlərin ən xoşuna.
Nə arzun var ürəyində yaşayan,
Bu yaşında gəlsin sənin başına.


Doğum günün mübarəkdir, ay Aygün,
Təbəssümün heç itməsin üzündən.
Ömür boyu ağlayasan sevincdən,
Qəm yaşları süzülməsin gözündən.


Arzumdur ki, nə vaxt baxsan görəsən,
Dörd tərəfin gül-çiçəkdir ay Aygün.
Təbrik edib söyləyirəm ürəkdən,
Doğum günün mübarəkdir, ay Aygün,
Bu xoş günün mübarəkdir, ay Aygün!


Daşdəmir ƏJDƏROĞLU

Nə arzun var ürəyində yaşayan, Bu yaşında gəlsin sənin başına - FOTO

Son xəbərlər

"Müharibə Rusiyaya qayıtmalıdır". - Zelenski

Dünya çempionatı: Belçika-İran oyununda qapılara qol vurulmayıb

"Söz Divanəsi”nin Müdrik Yaşı: Tapdıq Əlibəyli – 65

DÇ-2026: Belçika millisi İranla heç-heçə edib

ABŞ-də yüngülmotorlu təyyarə qəzaya uğradı - Ölənlər var

Britaniya XİN başçısı Kir Starmeri istefa verməyə çağırıb

Mayisə Əsədulla Əliyeva : YAY GECƏLƏRİ - FOTO

Netanyahu: İsrail Livanın cənubundakı təhlükəsizlik zonasından çəkilməyəcək

Qətərdə partlayış oldu

İran Tramp üzr istəməyincə danışıqlara qayıtmayacaq

Azərbaycanın çimərlik güləşçiləri Batumidə bir qızıl və bir bürünc medal qazanıb

Alimlərdən sensasiyalı kəşf: Faydasız hesab edilən orqan xərçəng riskini ikiqat azaldırmış

Amerika ilə təmaslar tam kəsilməyib - KİV

DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını böyük hesabla məğlub edib

Anomal istilərə görə bu ölkədə 845 məktəb bağlanacaq

Makronun devrildiyini deyib, polisə atəş açdı

“Anthropic”dən xəbərdarlıq: Tezliklə nəzarəti itirə bilərik

Süni intellektlə emosional söhbətlərin görünməyən riski: Mütəxəssis həyəcan təbili çaldı

İranı yeni müharibə ilə hədələdi

Tanınmış aktyor islamı qəbul etdi

Əzizə Ağahüseynqızı : Bu dünyanın baldan şirin balıdı - FOTOLAR

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930