AHİK-in sədri Azərbaycanda olan xarici həmkarları ilə görüşüb
Oktyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev AHİK tərəfindən mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilən “Müqavimətin potensialı və sülhün təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” adlı dəyirmi masada iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina, Portuqaliya, Serbiya, Albaniya, Qırğızıstan, Litva, Gürcüstan və Moldovanın həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verən S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, pandemiya şəraitində gördüyü işlərdən, əməyin təhlükəsizliyi, işçilərin sağlamlığının qorunması istiqamətlərində atdığı addımlardan danışıb.

O bildirib ki, Azərbaycanda həmkarlar ittifaqları işçilərin hüquqlarının qorunması məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin dövrün tələb və standartlarına uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində müasir metod və vasitələrdən yararlanaraq davamlı və planlı şəkildə öz işini uğurla davam etdirir. Həmkarlar ittifaqları tərəfindən əmək münasibətlərinin tənzimlənməsi, işçilərin əmək hüquqlarının qorunması, asudə vaxtın təşkili, müəssisə rəhbərləri ilə işçilər arasında əmək münasibətlərinin normal məcrada qurulması, yarana biləcək ziddiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlərin müsbət nəticələri ortadadır.

Həmçinin S.Möhbalıyev Ermənistanın uzun illər torpaqlarımızı işğal altında saxlamasından, törətdiyi vandalizm hərəkətlərindən və terror aktlarından, bir milyondan artıq insanın məcburi köçkün həyatı yaşamasından, hətta işğal dövründə danışıqları pozmaq üçün əl atdığı hərbi təxribatlardan söz açıb. Qeyd edib ki, 2020-ci il sentyabrın 27-də təcavüzkar dövlətin növbəti hərbi təxribatına cavab vermək üçün əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün ərzində 30 illik işğala son qoydu, işğalçı ordunu məhv etdi, separatizmə layiqli cavab verdi, eləcə də uzun illər beynəlxalq hüququn pozulmuş prinsiplərini bərpa etdi. Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərindən danışan Konfederasiya sədri bütün bunları Azərbaycanın heç bir kənar kömək olmadan özünün maliyyə imkanları hesabına etdiyini vurğulayıb.

Şuşada keçiriləcək dəyirmi masaya toxunan AHİK sədri qeyd edib ki, hər bir ölkədə məşğulluğun təmin edilməsi, ən yüksək səviyyədə layiqli əmək şəraitinin yaradılması son dərəcə aktualdır. Bu baxımdan tədbirin mövzusunu əhəmiyyətli hesab edən S.Möhbalıyev aparılan müzakirələrin və gəlinən qənaətlərin səmərəli olacağına əminliyini ifadə edib və tədbirin işinə uğurlar arzulayıb.

Şuşanın təbii gözəllikləri və əzəməti haqqında qonaqlara məlumat verən Milli Məclisin deputatı təəssüflə əlavə edib: “Ermənistanın vandal hərəkətləri bu şəhərdən də yan keçməyib və Siz səfəriniz zamanı bunları öz gözlərinizlə görəcəksiniz. Onun sözlərinə görə, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın şanı-şöhrəti bütün dünyanı bürüyüb”.

Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycanda olmaqdan məmnunluqlarını bildiriblər. Qeyd olunub ki, məşğulluq, əməyin təhlükəsizliyi, layiqli iş şəraiti, həmçinin məcburi əməyə qarşı mübarizə qlobal xarakter daşıyır, məhz buna görə də Şuşada keçiriləcək dəyirmi masa hər birimiz üçün önəmlidir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər mühüm məsələlərdən söz açılıb, fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Mənim qonşularım (Hekayə)

✍ Sevil Azadqızı : SEVGİ VƏ ZAMAN FƏLSƏFƏSİ - FOTO

OBYEKTİVLİK JURNALİSTİKANIN ƏSAS PRİNSİPİDİR: AHİK ƏTRAFINDA YARADILAN SÜNİ MÜZAKİRƏLƏRƏ HÜQUQİ VƏ İCTİMAİ BAXIŞ

Venesuelada zəlzələ qurbanlarının sayı 3500-ü ötüb

Azərbaycan millisinin üzvü “Şaxtyor”a keçib

Paytaxtın bu rayonlarında işıq kəsiləcək

Üç güləşçimiz Avropa çempionatının finalına yüksəldi

Seyfəddin Rəhimov dünyasını dəyişdi

İncəsənət məktəblərinə seçim başladı

52 yaşında qorxusuna qalib gəlib - Sürücülük vəsiqəsi almaq istəyir

“Əhvalım gözlədiyimdən də yaxşıdır”

Qiyməti 14 faiz artdı

FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib

Rusiya Silahlı Qüvvələrinin Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB

Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad ediləcək

Azərbaycan Rusiyaya nota verib

Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidentinə və üçqat dünya çempionuna hökm oxunub

Bəzi rayonlara intensiv yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

DSX-nin Logistika Mərkəzi və Sərhəd Nəzarətinin Tədris Mərkəzi xidməti istifadəyə verilib

“Azercell” yeni nəsil “Alfa Plan” tariflərini təqdim edir

Azərbaycanda "Ultra All Inclusive" sistemi niyə tətbiq edilmir?

Sabah 37 dərəcə isti olacaq

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Prezident İlham Əliyevə yüksək ictimai etimad ölkənin inkişafı və sabitliyi ilə bağlıdır ŞƏRH

"Bakı Hövsan Beynəlxalq Dəniz Limanı"nın səhmdarlarının sayı azalıb

İlham Əliyev Malavi Prezidentini təbrik edib

Mürsəl İbrahimov Goranboyda vətəndaş qəbulu keçirəcək

Son iki gündə 81 cinayətin açılması təmin olunub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031