AHİK-in IV Məclisi keçirilib
Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) onlayn formatda IV Məclisi keçirilib.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Məclisin gündəliyinə “AHİK-in üzv təşkilatlarında hesabat-seçki yığıncaqları barədə”, “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” və təşkilati məsələlər daxil edilib.

Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib.

AHİK sədri bildirib ki, ölkəmizdə işləyən insanların əmək və sosial hüquqlarının müdafiəsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin həyata keçirilməsi məqsədilə müxtəlif proqramlar, strategiyalar, konsepsiyalar qəbul olunub və uğurla icra edilib. Həmkarlar ittifaqları da Dayanıqlı İnkişafın təşviqinə dair strategiya qəbul edib. Həmkarlar ittifaqlarının yaxın hədəflərini əks etdirən seçilmiş 5 prioritet məqsəd üçün yol xəritəsi müəyyənləşdirilib.

S.Möhbalıyev qeyd edib ki, pandemiya dövründə AHİK və üzv təşkilatları tərəfindən 114 min 724 aztəminatlı ailəyə ərzaq və maddi yardım göstərilib, 117 min 203 nəfərə isə maddi yardım edilib.

Məruzə dinlənildikdən sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

Sonra AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı bəzi tövsiyələr verib.

S.Möhbalıyev, həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməli, vətəndaş məmnunluğu tam təmin olunmalıdır.

Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb.

Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və xoşbəxt günlər arzulayıb. 2021-ci ildə ölkəmizin qazandığı nailiyyətlərə görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də böyük uğurlar arzulayıb.
AHİK-in IV Məclisi keçirilib
AHİK-in IV Məclisi keçirilib
AHİK-in IV Məclisi keçirilib
AHİK-in IV Məclisi keçirilib

Son xəbərlər

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31