Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında imzalanan memorandumun qarşıya qoyduğu məqsəd və vəzifələr
Xəbər verildiyi kimi, dekabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə Qazaxıstan Həmkarlar İttifaqları Federasiyası (QHİF) arasında əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Azərbaycan tərəfdən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Qazaxıstan tərəfdən isə QHİF sədri Satıbaldı Dauletalin imzalayıblar.

AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, memorandum işçilərin mənafeyinin və hüquqlarının qorunmasını, həmkarlar ittifaqlarının yeri və rolunun səmərəli müdafiəsi üçün birgə səylərin göstərilməsini, hər iki dövlətin əməkçiləri və xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsini, həmkarlar ittifaqları arasında effektli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini nəzərdə tutur.

Sosial tərəfdaşlığın və ictimai nəzarətin forma və üsullarının işlənib hazırlanması, işsizliyə qarşı mübarizə, əməyin mühafizəsi və təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, işçilərin sosial müdafiəsi, kadrların hazırlanması, işçilərin sağlamlığının qorunması və istirahətlərinin təşkili, ümumi və müalicəvi turizmin inkişafına köməklik, istirahətin təşkili üzrə ikitərəfli məsləhətləşmələrin aparılması əməkdaşlığın mühüm istiqamətlərindəndir.

Həmçinin tərəflər işçilərin ayrılmaz hüquqlarının müdafiəsində, həyat səviyyəsinin yüksəldilməsində, həmkarlar ittifaqı üzvlərinin maraqlarının pozulmasına qarşı həmrəylik nümayiş etdirəcək, hər iki ölkənin həmkarlar ittifaqları öz fəaliyyət və mövqelərini əlaqələndirəcək, beynəlxalq təşkilatlarda və tədbirlərdə bir-birinə qarşılıqlı dəstək verəcəklər.

Hər iki tərəf sosial tərəqqi, demokratik hüquqlar, sülh və xalqların təhlükəsizliyi naminə beynəlxalq həmrəyliyin və müxtəlif ölkələrin həmkarlar ittifaqları arasında birliyin möhkəmləndirilməsinə töhfələr verəcəklər.

Memorandumda birgə kütləvi idman və folklor tədbirlərinin keçirilməsi, turist qruplarının mübadiləsi, Azərbaycan və Qazaxıstan xalqları arasında dostluğun möhkəmlənməsinə töhfə verən digər fəaliyyətlərin həyata keçirilməsi də nəzərdə tutulub. Eləcə də tərəflər arasında qarşılıqlı maraq doğuran fəaliyyətlər barədə informasiya, təcrübə mübadilələri həyata keçiriləcək, qarşılıqlı səfərlər təşkil olunacaq.

Memorandumda işçilərin hüquq və mənafelərinin müdafiəsi ilə bağlı birgə tədqiqatların aparılması, tövsiyələrin, proqramların, normativ hüquqi və qanunvericilik aktlarının layihələrinin hazırlanması məsələləri də öz əksini tapıb.

Qeyd edək ki, memorandum 5 il müddətinə bağlanıb, tərəflərdən biri ən azı 3 ay əvvəl onu ləğv etmək niyyəti barədə digər tərəfə bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaq.

Bu sənəd Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında mövcud əlaqələrin daha da dərinləşməsinə, bəzi istiqamətlərdə əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına və inkişafına mühüm töhfə verəcək.

Son xəbərlər

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31