Səttar Möhbalıyev: Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir
Dövlətimizin başçısı İlham Əliyevin fəaliyyətinin mühüm tərkib hissəsini ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmləndirilməsi təşkil edir. Ardıcıl olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilib. Bu istiqamətdə mütəmadi xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan insanı öz həyatında hiss edir. Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə iki sosial islahat zərfi tətbiq edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92 faiz, əmək pensiyasının minimum məbləği 72 faiz, minimum əməkhaqqı 92 faiz, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqları orta hesabla 50 faiz artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39 faiz, əmək pensiyalarının orta məbləğində 60 faiz, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub. Bütün bunlar əhalinin sosial müdafiəsini artırıb və yaşayış səviyyəsini yüksəldib.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların davamıdır. İslahatlar 2,1 milyondan çox şəxs olmaqla ümumilikdə bütün təbəqələrdən olan insanı əhatə edir. Belə ki, əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan aztəminatlı ailələr və s. kateqoriyaya daxil olan insanların bu sosial paketdən yararlanması islahatların miqyasının genişliyini göstərir. Doktorant və tələbələrin də bu artımda nəzərə alınması gənclərin təhsilə olan marağını daha da artıracaq, savadlı və müasir elmi biliklərə yiyələnmiş insanların sayının çoxalmasına gətirib çıxaracaq. Təhsil işçilərinin sosial müdafiəsi də həmişə dövlət siyasətinin prioritet istiqaməti olub. Son əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir və bu məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu qərar müəllimlərin rifahının yüksəlməsinə və təhsildə keyfiyyətin artmasına münbit şərait yaradacaq.

Milli Məclisin deputatı bildirib ki, dövlət başçısının müxtəlif vaxtlarda verdiyi sərəncamlarla minimum əməkhaqqında da mütəmadi artımlar davamlı xarakter alıb. Bu da əhalinin güzəranın yaxşılaşmasına, sosial vəziyyətinin yüksəlməsinə kömək edir. Təkcə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatıb. Bu da əhalinin gəlirlərində mühüm irəliləyişdir, həmçinin əmək bazarındakı proseslərə də müsbət təsir göstərməklə yanaşı, bu sahədə rəqabət imkanlarını yüksəldir, keyfiyyəti artırır, əməyin qanuniləşdirilməsinə təkan verir.

S.Möhbalıyev qeyd edib ki, ümumilikdə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını göstərir. Bu artım ölkəmizin bundan sonra da sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının və əmək şəraitinin daha da yaxşılaşmasına böyük imkanlar yaradacaq.

Son xəbərlər

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31