Səttar Möhbalıyev: Ana dilimizin zənginləşdirilməsi və saflığının qorunması istiqamətində mühüm işlər görülür
Xalqımızın sahib olduğu dəyərlərdən biri də onun milli sərvəti hesab olunan dilidir. Məlumdur ki, Azərbaycan dili xalqımızın tarixi qədər qədimdir, dünyanın ən saf və zəngin dillərindən biri hesab olunur. Xalqımızın milli mənlik şüurunun inkişafında, özünüdərkində dilimizin rolu böyük olub, milli ədəbiyyatımızın yaranmasına və inkişafına geniş imkanlar açıb. Digər sərvətləri kimi, xalqımız öz dilini də zaman-zaman müxtəlif təzyiqlərdən qorumuş, inkişaf etdirmiş və zənginləşdirmişdir. Bu gün harada yaşamasından asılı olmayaraq, milyonlarla soydaşımız bir-biri ilə bu dil vasitəsilə ünsiyyət qurur, öz kimliyini qoruyub saxlayır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev söyləyib.

O bildirib ki, Ana dilimiz xalqımızın varlığının əsas təminatçısı olmaqla onun milli kimliyini müəyyən edən başlıca amillərdəndir və hər birimiz üçün dövlət rəmzlərimiz qədər müqəddəsdir. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci ildə Azərbaycan dili rəsmi dövlət dili elan edilsə də, yaranmış real tarixi şərait səbəbindən bu, çox da uzun sürmədi. Sovet hakimiyyəti illərində yalnız 1956-cı ildə respublika Konstitusiyasına Azərbaycan dili haqqında maddə qeyd olunmuşdu. Xalqımızın böyük oğlu ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etməyə başladığı vaxtdan bütün sahələrdə olduğu kimi milli dilimizin qorunmasi və inkişafı istiqamətində mühüm addımlar atılmağa başladı. Məhz onun səmərəli və davamlı dil siyasəti xalqımızın bu milli sərvətini kənar müdaxilələrdən, təzyiqlərdən xilas etdi, statusunu artırdı. Bilirik ki, sovet dövründə bu, son dərəcə çətin məsələ idi və böyük cəsarət tələb edirdi. Lakin Heydər Əliyev bu işlərin öhdəsindən şərəflə gəlirdi. Ana dilinin qorunması, zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi diqqət göstərir, bu istiqamətdə önəmli və cəsarətli qərarlar verirdi. Sovet İttifaqında milli dillərin sıxışdırılması məsələsi həmişə aktual idi, o cümlədən 1970-ci illərdə. Ulu öndər Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qəti şəkildə ortaya qoydu. Belə ki, 1978-ci il aprelin 21-də qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bu addım Vətənimiz, xalqımız qarşısında Heydər Əliyevin böyük tarixi xidmətlərindən biridir. O, Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərirdi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılmasına çalışırdı.

“1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapıb. Həmçinin dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında imzalanmış fərman və sərəncamlar, 2003-cü ildə Azərbaycan Respublikasının Dövlət Dili Haqqında Qanunun qəbul edilməsi müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır, dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları ehtiva edir, dünya azərbaycanlılarının öz Ana dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bütün bunlar Ulu Öndərin bu sahənin inkişafına göstərdiyi diqqət və dəstəyin bariz nümunəsidir”, - deyə Milli Məclisin deputatı qeyd edib.

S.Möhbalıyev diqqətə çatdırıb ki, dövlətimizin başçısı İlham Əliyev bütün sahələrdə olduğu kimi, dövlətimizin dil siyasətində də Ulu Öndərimizin siyasi xəttinə sadiqlik nümayiş etdirir və bu sahəni hər zaman diqqətində saxlayır, inkişafının təmin olunması üçün müvafiq addımlar atır. Bu, həm də Prezident İlham Əliyevin xalqına, onun dilinə, milli-mənəvi dəyərlərinə olan dərin hörmətinin təzahürüdür. Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri Ana dilimizin hərtərəfli geniş tətbiqini mütərəqqi şəkildə gerçəkləşdirib. 2013-cü ildə milli və mənəvi varlığımızın aynası olan Ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasına gətirib çıxarıb. Ümumiyyətlə, hər birimiz Ana dilimizin qorunması və inkişafı naminə səylə çalışmalıyıq, bu, bizim müqəddəs borcumuzdur.

Son xəbərlər

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Rusiya XİN: Ermənistan Aİ-yə yaxınlaşmanı diversifikasiya adlandırmamalıdır

Rəşad Məcidin etirazı TikTok-a deyil, səthi düşüncə mədəniyyətinədir

Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb

Vaşinqton sammitinin bir ili - İrəliləyən Azərbaycan, ləngiyən Ermənistan - ŞƏRH

Ceyhun Bayramov: Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlar ən qısa zamanda dayandırılmalıdır

Bir məktubun izi ilə: Türk mühəndis "Vardanyan layihəsi"nin pərdəarxasına işıq saldı - ŞƏRH

Ceyhun Bayramov: Azərbaycan zərurət olsa Ukraynaya qaz tədarük etməyə hazırdır

Sibiqa və Bayramov Cənubi Qafqazı, Ukrayna üzrə sülh prosesini müzakirə ediblər

7 yaşlı oğlan qıcolmadan öldü

Bu gün çimərliyə getmək istəyənlərin diqqətinə!

Bu qəsəbənin illərlə bitməyən avtobus dərdi: AYNA hökuməti ittiham etdi

Ali təhsil iş tapmağa kifayət edirmi?

Pensiya alanların nəzərinə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31