Xəbərlər / Nesr
16.10.2022, 19:40
SƏMA ŞAHİNİMİZ...FOTO
Şəhid pilotumuz, polkovnik leytenant Famil Elman oğlu Məmmədlinin əziz xatirəsinə...
"Ağsu Yazarları" Ədəbi Birliyinin keçirilən növbəti görüşlərinin birində, Birliyə yeni qoşulan üzvlərlə tanışlıq edən, Birlik sədiri Raqif Nazimoğlu, ağsaqqal bir nəfərlə üzvləri tanış edəndə, Elman Məmmədov adlı ağsaqqalımız, rayonumuzda ömürünün gözəl çağlarını balalarımızın təlim-tərbiyəsinə həsr etmiş, rayonun ictimai-siyasi həyatında bir məktəb direktoru, bir ziyalı kimi fəallıq göstərmiş Elman müəllim haqqında ehtiramla danışıb, bir məqamı xüsusi qeyd etdi. Elman Məmmədov, şəhid pilotumuz, polkovnik leytenant Famil Məmmədlinin atasıdı, - deyəndə, illərdi qəlbimdə şəhid valideyinlərinin qovrularaq çəkdikləri, təsəvvürümdə bir daha canlandı. Canlı olaraq , bir daha bir şəhidmizin valideyini ilə üz-üzə qalmışdım.
Elman müəllim Birlik üzvləri tərəfindən ona yönəlik ehtiramı anlayışla qarşıladıqca, qəhərləndiyi gözümdən heç yayınmadı. Bu hiss, o gündən məni rahat buraxmırdı. Hər dəfə Elman müəllimin Birliyin qrupunda paylaşmaları, paylaşılanlara münasibəti ayrıca diqqəimi cəlb edirdi. Hiss edirdim ki, Birlik üzvləri də, Elman müəllimə, onun paylaşmalarına, söylədiyi fikirlərə böyük sevgi, ehtiramla yanaşırlar. Elə bu hisslərin içində diqqət yetirdiyim, maraqım üçün bir məqam vardı. Şəhid pilotumuz, polkovnik leytenant Famil Məmmədli haqqında yetərincə məlumat toplamaq. Paylaşımlarda Elman müəllimə yönəlik səslərə diqqətlə qulaq asıb, yazılanları oxuduqca, bir səs mənim varlığımı titrətdi, xatirələrimi çözələdi. Birliyin fəal üzvlərindən biri olan, yetərincə şəxsiyyətinə və qələminə hörmətlə yanaşdığım, 44 günlük Vətən Müharibəsində övladının qızğın döyüşlərdə günlərin təlaş və səbirsizliklə gözləyən Mərziyə Sarvanın söylədikləri oldu. Mərziyə xanım, 44 günlük Vətən Müharibəsində oğlunun döyüşlərdə olduğunu, onu necə gözlədiyini elə təsirli dedi ki, özümün Əfqanıstanda olarkən atamın nələr keçirdiyi bir daha xəyalımda canlandı. Atam həmin dövrlərdə həyətə - bacaya, yola çıxanda, kimlərinsə, - "dünən hansısa rayona, Əfqanıstandan bir şəhid gətiriblər" kimi sözlərdən özünə yer tapmayan atam, hərbi komissarlığa gedib, müəyyən məbləğin gücü ilə, yalan, "anası ölüb" məlumatı ilə, məni məzuniyyətə gətizdirməsi yenidən içimi göynətdi. Bəli, hər bir valideyinin övlad ağrısı acı və ağrılıdı. Bu hisslərin içində Elman müəllimin və interinet üzərindən izlədiyim şəhid valideyinlərinin nələr çəkdiyini düşüncəsinin, bu qədər ağrılı olduğunu dəfələrlə izlədiyimdən ürəyimdə qovrulurdum...
Elman müəllim pedaqoq olub, uzun müddət məktəb direktoru işləyib. Ziyalı biri kimi, tərbiyyə etdiyi övladlarının, qazandığı, tutduğu mövqeləri ilə qürur duyacaq bir ata qədər dəyərləndirilib. Zəhmətinin, əziyyətinin, tərbiyyəsinin hədər getmədiyini cəsarətlə söyləmək olar. Övladlarının hər üçü, oğulları ali təhsil alıb, yetərincə cəmiyyətdə, elimdə özlərini sübut edib, valideyinlərinə həmişə qürur yaşadıblar...
Şəhid pilotmuz, polkovnik leytenant Famil Məmmədli haqda məlumatlara diqqət yetirəndə bir həqiqətin şahidi oldum. Yəni, bir ziyalı ailəsində böyümüş qardaşlardan ikisi başqa sahəni seçmələrinə, elimlə məşğul olmalarına rəğmən Familin məhz hərbiçi olmaq arzusunun dalyca inadla getməsi, məni olduqca sevindirdi. Ziyalı ailəsinin mahiyyətini ortaya qoyan diqqətimdən yayınmadı. Heç bir etiraza, tərəddüdə rastlaşmayan Famil, öz istəyinin arxasıyca getməsi, taleyin bəlkədə şəhidlik zirvəsinin təməliymiş. 15 oktyabr 1974 - cü ildə Ağsu rayonunun Abasxanlı kəndində, müəllim ailəsində dünyaya göz açan Famil, 1982-ci ildə, elə öz kəndlərində, atasının müəllim və direktor olduğu məktəbin birinci sinifinə gedir. 8-si sinifə qədər Abasxanlı kənd məktəbində oxuyur. Orta təhsilini Ağsu rayonunda yerləşən internat məktəbində əla qiymətlərlə 1992-ci ildə başa vurur. Elə həmin il, arzusunun arxasıyca gedib, sənədlərini H. Əliyev adına Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə verir və həmin məktəbə qəbul olur. Müsabiqə yolu ilə seçilərək, 85 nəfər kursantla Türkiyyə Cümhuriyyətin İstanbul şəhırində yerləşən Hava Harp Okuluna təhsil almaq üçün göndərilirlər. Burada xüsusi qabilyyət imtahanı verərək, 15 nəfərllik kursant yoldaşları ilə bu təhsil ocaqında təhsil almaq şansı qazanır. Hətda təhsil dövründə xüsisi ilə seçilən kursant Famil Məmmədli yaxşıların yaxşısı seçilərək, " təhsil ocaqının " Şərəf lövhəsi"nə düşür ki, şəkilinin altında hələ o vaxt, "Azərbaycanın qüruru" sözlərini yazırlar. Amerika tipli qırıcı F-16 - larla səmanın əngilliklərinə şığıyan pilot bütün üçuşlarını qüsursuz yerinə yetirir. 1996-cı ildə həmin məktəbi bitirib, müstəqil Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrində xidmət keçməyə başlayır.
Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissədə xidmət edir.
2008-ci ildə qüsursuz xidmətinə görə polkovnik leytenant rütbəsinə laiq görülür.
1998-ci ildə ailə həyatı quran şəhid balamız Famil Məmmədlinin üç övladı, üğrunda şəhid olduğu vətənə əmanət qalır.
Azərbaycan cəmasında bayraqlarımızın göy rəngini çəkən pilot, polkovnik leytenant Famil Məmmədli 3 mart 2010-ci ildə təlim uçuşları zamanı Tovuz rayonunun Əyyublu kəndi üzərində SU-25 qırıcı hava gəmisində baş verən nasazlıq üzündən, kəndin üzərinə düşmək təhlükəsindən, idarə etdiyi hava gəmisinin istiqamətini öz həyatı bahasına dəyişərək, bir kəndin yüzlərlə sakinini faciədən qurtarır.
Şəhid polkovnik leytenant Famil Elman oğlu Məmmədli ikinci Fəxri Xiyabanda torpaqa tapşırılır.
Bu gün qızı Səbuhə, əkiz oğlanları Kamil və Amil atalarını səma şahini kimi tanıyıb qürur duyduqca, ona laiq övlad olacaqlarını həyat amalı seçiblər.
P. S. Birlikdə irəli sürülən təşəbbüsün yaratdığı gözəl ənənə çərçivəsində, Ağsu Yazarlarının gündə bir gün, sıra ilə yaradıcılıq gününün keçrilməsi münasibəti ilə, birliyin üzvü ağsaqqal, gözəl ziyalı, şəhid atası Elman Məmmədovun qəlbimdə oturduğu təbdə, ona həsr etdiyim şeiri burada təkrarən verməklə, ürəyimdən gələn bir istəyi, ehtiramımı Elman müəllimə çatdırmaq istəyirəm.
P. S. S. Elman müəllim sonrakı gün şəhid balamız Familin şəkilin qrupa atdı, şəkilə bir neçən dəfə dönüb baxdım. Ürəyimdə bir qığılcım yaratdı. Sanki şəhid balamızın gözləri mənimlə danışırdı. Elə bu duyğu ilə də, şəhid balamıza ehtiramımı misraya çevirdim...
BAXIŞDAN RUHUMA HOPDU SÖZLƏRİ.
Şəhid polkovnik leytenant Famil Elman oğlu Məmmədlinin şəkili önündə düşüncələrim...
ALLAHDAN BÜTÜN ŞƏHİDLƏRMİZƏ RƏHMƏT DİLƏYİRƏM. QARŞILARINDA SƏCDƏ EDİRƏM...
Elxas Comərd.

ELMAN MÜƏLLİM.
Həyat bir məktəbdi, öyrətdikləri,
Tanrı qismətidi, Elman müəllim.
İnsanın dərk edib, götürdükləri,
Şüur nemətidi, Elman müəllim.
Qismət nə olacaq, necə yazılıb ?
Ağıla, qüdrətə, gücə yazılıb,
Kiminə sadə, ya, uca yazılıb,
Onun hikmətidi, Elman müəllim.
Sənin taleyində Famil qisməti,
Ucalıq məqamın o, bir isməti,
Həyat, görklər ilə verir nisbəri,
Bunlar da bir dərddi, Elman müəllim.
Ağırdı, acıdı övlad itirmək,
Övlad itkisinin dərdin götürmək,
Ürəyin ağrısın sənə yetirmək,
Şeir bir fürsətdi, Elman müəllim.
Bir ömür yaşadın arzularınla,
Çarpışdın, çalışdın öz güzarınla,
Dərdini yazırsan, yazılarınla,
Buda bir möhnətdi, Elman müəllim.

Şəkildən baxışın ruhuma hopdu,
Sanki danışırdı, mənimlə gözlər.
Qəlbimdə, kədərli bir haray qopdu,
Keçdi ürəyimdən, nə qədər sözlər.
Hər şəhid qəlbimin kövrək yeridi,
Mən kimi qınayım, bəxt yazılarında?
Bəlkə, taleyimizin düşən zəridi,
Görən sevinibmi, arzularında?
Gözləri, gözümdən özümü aldı,
Titrədi qəlbimin ən həssas simi.
Nə qədər suallar cavabsız qaldı,
Yarımçıq yaşanan ömürlər kimi.
Cannızı Vətənə siz fəda etdiz,
Yüksəldiz cənnətin ucalığına.
Millətə fəxarət yaşadıb getdiz,
İndi söz deyirik qoçaqlığına.
Sanki danışırdı, mənimlə gözlər.
Qəlbimdə, kədərli bir haray qopdu,
Keçdi ürəyimdən, nə qədər sözlər.
Hər şəhid qəlbimin kövrək yeridi,
Mən kimi qınayım, bəxt yazılarında?
Bəlkə, taleyimizin düşən zəridi,
Görən sevinibmi, arzularında?
Gözləri, gözümdən özümü aldı,
Titrədi qəlbimin ən həssas simi.
Nə qədər suallar cavabsız qaldı,
Yarımçıq yaşanan ömürlər kimi.
Cannızı Vətənə siz fəda etdiz,
Yüksəldiz cənnətin ucalığına.
Millətə fəxarət yaşadıb getdiz,
İndi söz deyirik qoçaqlığına.
ALLAHDAN BÜTÜN ŞƏHİDLƏRMİZƏ RƏHMƏT DİLƏYİRƏM. QARŞILARINDA SƏCDƏ EDİRƏM...
Elxas Comərd.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay