Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün böyük zəmin yaradır

Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan çox uğurlu əməkdaşlıq əlaqələri qurduğu oxşar kökə bağlı türkdilli dövlətlərlə, o cümlədən Qırğızıstanla tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar.
Müstəqilliyin bərpasından sonra Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər ilk dəfə 1993-cü ildə qurulmuşdur. İkitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
1997-ci il aprelin 23-də Qırğızıstan prezidenti Əsgər Akayevin Azərbaycan prezidenti Heydər Əliyevin dəvəti ilə Azərbaycana ilk rəsmi səfəri baş tutmuşdur. Prezident Heydər Əliyev və Prezident Əsgər Akayevin təkbətək görüşü zamanı bir sıra mühüm məsələlər müzakirə edilmişdir. Danışıqlar zamanı Ulu öndər Heydər Əliyev qeyd etmişdir: "Azərbaycan bundan sonra da bütün sahələrdə Qırğızıstan üçün çox etibarlı tərəfdaş olacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığı inkişaf etdirməkdən ötrü bütün imkanlardan istifadə edəcəkdir". Qırğızıstan Prezidentinin səfəri zamanı Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Qırğızıstan Respublikası Ədliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında saziş, eyni zamanda turizm sahəsində əməkdaşlıq haqqında sazişlər də daxil olmaqla müxtəlif sahələri əhatə edən 14 sənəd imzalanmışdır.
Ulu öndərin siyasi kursunun davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində bu münasibətlərin daha da dərinləşməsi, ölkələr arasında sistemli diplomatik əlaqələrin qurması, həmçinin bütün türkdilli dövlətlər arasında da səmimi dostluq və qardaşlıq münasibətlərinin formalaşması, eləcə də qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atmışdır.
Cari ilin aprel ayının 19-da Ölkə başçısı cənab İlham Əliyevin dəvəti ilə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ilə iki ölkə arasında münasibətlərin inkişafında yeni dövrün başlanğıcı qoyuldu. Müxtəlif sahələri əhatə edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün hüquqi baza formalaşdırıldı. Azərbaycan və Qırğızıstan arasında "Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum", "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə" daxil olmaqla, televiziya, təhsil, rabitə və informasiya-kommunikasiya texnologiyaları, hava əlaqəsi, əqli mülkiyyətin qorunması, maliyyə, kənd təsərrüfatını əhatə edən 10 sənəd imzalandı.
Oktyabrın 11-də Ölkə başçısının Qırğızıstana səfəri tarixi və strateji əhəmiyyət kəsb edir. Bu səfər zamanı aparılan görüşlər, imzalanan sazişlər, müqavilələr və verilən bəyanatlar türk dünyasının birliyinə verəcək töhfə baxımından olduqca böyük əhəmiyyət daşıyır. Bununla da Azərbaycanın bölgədə, o cümlədən dünyada, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü aktiv siyasətin davamı kimi də qəbul oluna bilər. Bütün bu fəaliyyətlər 44 günlük Vətən müharibəsindən sonra nüfuzu daha da artmış Azərbaycanın xarici siyasətinin uğurlu olmasının göstəricisidir.
Göründüyü kimi Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərlikləri ilə ən yüksək səviyyədə davam etməkdədir. Hər iki ölkə başçılarının görüşü zamanı imzalanmış sənədlər əməkdaşlığımızın gələcək inkişafı üçün böyük zəmin yaratmışdır.
Ölkə rəhbəri cənab İlham Əliyevin istər Qırğızıstan, istərsə də Özbəkistan səfərləri bir daha onu göstərir ki, dövlətimizin başçısı təkcə öz bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz töhfələrini verir.


ADPU filologiya fakültəsinin dekan müavini
Könül Həsənova

Son xəbərlər

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

İldırım ƏLİŞOĞLU : Arzu,ürək və biz - FOTO

Bazar gününə olan hava proqnozu açıqlanıb

Nəriman Həsənzadə sabah Fəxri xiyabanda dəfn olunacaq - Yenilənib

Mərakeşdə miqrasiya böhranı zamanı zorakılıq hərəkətlərinə görə 70 nəfər saxlanılıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn olunacaq

İlham Əliyev İsveçrə Prezidentini milli bayramları münasibətilə təbrik edib

Azərbaycanda banklar müstəqil şikayət bölməsi yaradacaq

Yol polisi həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Vahid ÇƏMƏNLİ : Əkbər müəllimin müharibə dəhşətlərini yazmaq həvəsi heç zaman onu tərk etməyib

İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edilib

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Sərnişin daşıyıcılarına veriləcək subsidiya ilə bağlı qərar

Hüseyn 6 il həbs oluna bilər

"Sığınacaq" izləyicilərinə pis xəbər

Quba filialının məzunu MİQ imtahanlarında Respublika birincisi oldu - FOTOLAR

Tanınmış araşdırmaçı-jurnalist Mehriban Əmrullayeva şöbə müdiri təyin olunub

Şərur sakini arvadını öldürdü

3-cü kurs tələbəsi vəfat etdi

1 avqust – Azərbaycan Əlifbası Günüdür

“Alya”nın ilk sevgisi o olacaq

Layiqdir ən uca hörmətə Zabit - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31