DGK sədrinin birinci müavini Balakəndə vətəndaşlarla görüşüb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 16-da DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Şahin Bağırov qəbuldan əvvəl Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Balakən və Zaqatala rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlarını verib.
DGK sədrinin birinci müavini Balakəndə vətəndaşlarla görüşüb
DGK sədrinin birinci müavini Balakəndə vətəndaşlarla görüşüb

Son xəbərlər

Bu gün imtahan var

Ceyhun Bayramov Taylanda işgüzar səfərə yola düşüb

Yumurta min bir dərdin dərmanıdır

“Titanik” sərnişininin xilasedici jileti 715 min dollara satılıb

Rusiyanın bir sıra ərazilərinə dron hücumu olub

Avropada inflyasiya sürətlənib

VAQİF VÜQAR : GÜVƏN SEVDİYİM - FOTO

İrandakı müharibədə ölənlərin sayı açıqlandı

Premyer Liqa: "Mançester Yunayted" "Çelsi"ni məğlub edib

Naxçıvanda direktor müavini vəfat etdi

Unutqanlıq xəstəliyi, yaddaş zəifliyi nədən olur? – Amneziya

Nazir bürünc medal qazanan cüdoçunu təbrik edib

Emin bütün qonorarını onlara bağışladı

Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir - YENİLƏNİB

“Qalatasaray” qızıl dəyərində 3 xal qazanıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BİZİM EVDƏ TURQUT OZAL BÖYÜYÜR - FOTOLAR

LİLPAR CƏMŞİDQIZI : QƏZƏL

Meloni Azərbaycana gələcək

RUHUN SƏSSİZ ETİRAFLARI… - FOTOLAR

Həyatımızı idarə edən hormon - KORTİZOL

Açıq şəraitdə satışa çıxarılan qidalar - Xəstəlik riski yüksəkdir

"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib

Süni intellekt yaddaşı sürətlə pisləşdirir - Şokedici araşdırma

DTX və DSX-dən əməliyyat, saxlanılan var - FOTO

Kəmaləddin Heydərov ilk dəfə yeni müavinlərlə bir arada - FOTO

Bu il kim olacaq? - 36 illik ənənə - FOTOLAR

Mənsur İbrahimli VƏFAT ETDİ - FOTO

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930