Xəbərlər
16.09.2022, 00:42
QIZBƏS QƏBƏLƏ - SƏN BU ZÜLMÜ NƏ OLAR YERDƏ QOYMA İLAHİ - FOTO
SƏN BU ZÜLMÜ NƏ OLAR YERDƏ QOYMA İLAHİ.
Bir ana övladını necə məzara qoyar ?
Bu dərd o, ananın bagrının başın oyar.
Görən nə vaxt qatilin gözləri qandan doyar ?
Dözmür ürək, tablamır bunca dərdə İlahi,
Sən bu zülmu nə olar, yerdə qoyma İlahi....
Aglamaqdan qalmayıb gözümüzdə yaş daha,
Başımıza qalmayıb dəyməyəcək daş daha,
Nə olaydı bitəydii bu qanlı savaş daha !!!
Dözmür ürək, tablamır, bunca dərdə İlahi.
Sən bu zülmü nə olar yerdə qoyma İlahi....
Nə qədər dözmək olar analar fəryadına,
Yetiş özün bu xalqın imdadına, dadına,
Bəlkə unudulmuşuq sən sal bizi yadlna,
Dözmür ürək, tablamır bunca dərdə İlahi.
Sən bu zülmü nə olar yerdə qoyma İlahi...
Şəhid məzarlarıyla dolub - daşır bu torpaq.
Gör neçə düşmən ilə , gör savaşır bu torpaq.
Şəhidlərin qanıyla hey qarışır bu torpaq.

QIZBƏS QƏBƏLƏ

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay