Azərbaycanla Ermənistan RAZILIĞA GƏLDİ: 1 ay müddətində...
"Bu gün Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün əsaslı işi gücləndirməyə razılaşdıq və xarici işlər nazirlərinə bir ay müddətində mətn layihələri üzərində işləmək üçün görüşməyi tapşırdıq".

Turaztv.az AZSABAH.COM-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Paşinyan ilə üçtərəfli görüşündən sonra mətbuata bəyanatında bildirilir.

"Görüş bu formatda dördüncü müzakirəmiz idi. Müzakirələr Cənubi Qafqazda baş verən son hadisələr və Aİ ilə hər iki ölkə arasında münasibətlərə yönəlmişdi. Mübadilələrimiz açıq və məhsuldar oldu, mən buna görə hər iki liderə təşəkkür etmək istərdim. Gündəliyimizdəki bütün məsələlərə baxdıq", - Mişel qeyd edib.

Aİ Şurası Prezidenti vurğulayıb ki, son görüş zamanı əldə olunmuş razılaşmaların irəliyə aparılması üçün kifayət qədər addımların atıldığını görmək müsbət haldır.

Sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamların nəzərdən keçirildiyini deyən Şarl Mişel, həmçinin komissiyanın növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi barədə razılıq əldə olunduğunu söyləyib.

Biz nəqliyyat əlaqələrinin blokdan çıxarılması üsulları ilə bağlı müzakirələrin gedişatını nəzərdən keçirdik.

Aİ Şurası Prezidenti əlavə edib ki, əhalini uzunmüddətli davamlı sülhə hazırlamaq vacibdir:

"Aİ uzunmüddətli davamlı sülhə doğru dəstəyini daha da gücləndirməyə hazırdır. Aİ həm də hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə davam edəcək".

Qeyd edilir ki, noyabrın sonuna qədər bu formatda növbəti görüşün keçiriləcəyi barədə razılıq əldə edilib.(Report)

Loading...

Son xəbərlər

Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib

“Anam atamı öldürdü, ertəsi gün məni geyindirib məktəbə göndərdi” - Fotolar

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək

Sabah 22 dərəcə isti olacaq

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

Deputatlar 8 vacib məsələnin müzakirəsinə BAŞLADILAR

LİLPAR CƏMŞİDQIZI : Çox dəyərli Əzizə Ağahüseynqızının doğum gününə hədiyyə - FOTO

Azərbaycanda martda əlilliyə görə pensiya alanların sayı 249 mini ötüb

Azərbaycan nefti 6 dollar bahalaşıb

VAQİF VÜQAR : BİR YOZUMDU BU DÜNYA - FOTO

Payıza qoşulub getmə, amandır! - FOTO

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndəriləcək

Yaponiya xaricə silah satışına qoyulan məhdudiyyətləri aradan qaldırıb

Bakıda 18 istiqamətdə tıxac müşahidə olunur

Enerji nəhəngləri Yaxın Şərqdən Afrika və Amerikaya yönəlir

Azərbaycanlı idman ustası vəfat etdi

“Qırmızı” verdiyi futbolçunu meydana qaytardı

Şirindi-şəkərdi söhbətin,Qabil ! - FOTO

Ərdoğan Türkiyədə silah sahibliyinin məhdudlaşdırılacağını açıqlayıb

Güləşçilərimiz bürünc medal uğrunda yarışacaqlar - Yenilənib

BELA ZƏNGİBASARLI TƏBRİK EDİR - FOTOLAR

Şəhidlər ölməz Vətən bölünməz! - FOTOLAR

Sumqayıtın yeni baş memarı o oldu

Zelenski Kiyev rəhbərliyini tənqid edib

“Müharibəni uduram, özü də böyük fərqlə!”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930