
Xəbərlər
17.10.2019, 11:36
Zəvvarları daşıyan avtobus yandı - Çoxlu sayda ölü var

Səudiyyə Ərəbistanında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.
Anews.az TASS agentliyinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin məlumatına əsasən, qəza nəticəsində 36 zəvvar həlak olub, 4 nəfər isə xəsarət alıb.
Qəza Məkkə ilə Mədinə arasında avtomobil yolunda baş verib. Avtobusda Asiya və Yaxın Şərq ölkələrinin 39 vətəndaşı olub.
Qəzadan sonra avtobusun alışdığı bildirilir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay







