Hazırda Azərbaycan Xəzər regionunun mühüm tranzit-nəqliyyat qovşağına çevrilibAzərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə, güclü əsaslara malikdir. Çünki hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda tarixi ortaqdır. İki ölkənin münasibətlərindəki yaxınlıq onların eyni siyasi quruluş və dövlət tərkibində olmalarından da qaynaqlanır.
Müstəqillik illərində hər iki ölkə arasında hərtərəfli əməkdaşlığın təmin olunmasında ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Məhz, onun təməlini qoyduğu münasibətlər bu gün uğurla inkişaf edir, hətta keyfiyyətcə yeni mərhələyə yüksəlir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Ölkə başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Müstəqillik illərindən etibarən Azərbaycan ilə Qazaxıstan arasında 130-dək ikitərəfli sənəd imzalanıb. Bu sənədlər iki ölkənin münasibətlərinin müxtəlif sahələrdə inkişafına töhfələr verib. Xüsusilə də, Prezident Kasım-Jomart Tokayevin səfəri çərçivəsində Azərbaycan ilə Qazaxıstan arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramın və strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamənin imzalanması iki ölkənin perspektiv əməkdaşlıq əlaqələrinin daha da inkişafına əlavə təkan verəcəkdir.
Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri də bir daha göstərdi ki, Azərbaycan-Qazaxıstan münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstanın ölkəmizdəki səfirliyinin Qarabağda yaradılacaq kitabxanalara kitab dəstəyi verməyə hazır olduğunu qeyd etməsi, eləcə də Qazaxıstanın “Bİ-Group” şirkəti tərəfindən Füzuli şəhərində uşaqlar üçün Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzini inşa etməsi bir daha onu göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da xalqlarımızın və dövlətlərimizin maraqlarına uyğun olaraq daha da inkişaf edəcəkdir.
Ötən illər ərzində Azərbaycanla Qazaxıstan arasında ticari-iqtisadi əməkdaşlıq sahəsində də uğurlu göstəricilər əldə edilib. 2017-ci ildə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 14-cü iclasında imzalanan müvafiq “Yol xəritəsi”nin icrası yüksək səviyyədə reallaşdırılıb. Ticari-iqtisadi əlaqələrin davamlı genişləndirilməsi məqsədilə mühüm addımlar atılıb. Bununla da iki ölkə arasında ticarət dövriyyəsi xeyli yüksəlib. Məhz bunun sayəsində Azərbaycandan Qazaxıstana daha çox məhsul ixracına imkanlar yaranıb. Eyni zamanda həm energetika, həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlıq və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına mühüm töhfələrini verməkdədir. Bu gün iki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya–kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir.
İki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlığa da xüsusi önəm verilir. Belə ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından səmərəli şəkildə faydalanmaqdır. Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına müsbət təsir göstərir. Artıq Çin-Avropa istiqamətində region üzərindən yükdaşımalarının artması bunun bariz ifadəsidir. Azərbaycan və Qazaxıstan ərazisindən keçən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması və bu marşruta beynəlxalq yükdaşımaların cəlb edilməsi üçün işlər uğurla davam etdirilir.
Hazırda Azərbaycan Xəzər regionunun mühüm tranzit-nəqliyyat qovşağına çevrilib. Ölkə ərazisindən regionun müasir geoiqtisadi və geosiyasi vəziyyətini müəyyən edən nəqliyyat və boru kəmərləri çəkilib. Belə strateji tranzit-nəqliyyat qovşağının potensialı Xəzəryanı ölkələr, eləcə də türkdilli ölkələr arasında əməkdaşlığın daha da güclənməsinə müsbət təsir göstərir. Son zamanlar Orta Dəhliz üzrə yükdaşımalara marağın artması Azərbaycanın strateji qovşaq kimi mövqelərinin möhkənlənməsinə şərait yaradır. Bütün bunların Azərbaycanın daha da inkişafına, iqtisadi potensialının artmasına gətirib çıxaracağı şübhə doğurmur.

Araz Fərəcov
ADPU-nun riyaziyyat fakültəsinin dekanı, dosent

Son xəbərlər

Ömrün ən gözəl redaktəsi – İnsanlıq - FOTO

Çimərliklərə gedənlərə - Çağırış

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub - FOTOLAR

Media: 2026-cı ilin beynəlxalq tədbirləri Türkiyənin potensialını güclü şəkildə tanıdacaq

İyunun 21-i Beynəlxalq Yoqa Günüdür

Pezeşkian İranın Qətər banklarındakı 6 milyard dollarının sərbəst buraxılacağını bəyan edib

Pikassonun oğurlanmış tablosu tapıldı

Külək, yağış, dolu...

Azərbaycana yay gəldi

Prezident qəbul keçirdi - Fotolar

40 yaşlı Noyer dünya çempionatlarında ən çox oyun keçirən qapıçı titutuluna yiyələnib

Güclü zəlzələ bu ölkənin yerini xəritədə dəyişdirib

Vens İranla danışıqlar aparmaq üçün İsveçrəyə yola düşüb

"Hudutsuz sevda"nın "bacı-qardaşı" nişanlandı - FOTOLAR

Türkiyədə tur avtobusu aşdı - Ölən və xəsarət alanlar var

HƏSƏNXAN ƏSƏDOV : Xatırlasan özün gəl - FOTO

Tramp: Atəşkəs dövründəki60 gün ərzində Hörmüz boğazında ödəniş olmayacaq

CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO

Melonidən Trampa yeni mesaj: Sizə öz populyarlığınıza diqqət yetirməyi məsləhət görürəm

Tramp İtaliyanın Baş naziri Meloni ilə dostluq etməyəcəyini bildirib

ADPU-nun müəllimi vəfat etdi

ABŞ-da naməlum şəxslər avtomobildən bir qrup insana atəş açıb, yaralananlar var

ChatGPT istifadəçiləri üçün vacib XƏBƏRDARLIQ

Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO

Ağstafaya dolu düşdü

"Azəriqaz"da yeni struktur yaradıldı

İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 4057 nəfərə çatıb

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930