Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
İyulun 25-də Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammiti öz işinə başlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin iştirak etdiyi Sammitin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov qonaqları salamlayıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakçılara ünvanlanmış müraciətini səsləndirib.

Dövlət başçısının müraciətində bildirilib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək. Prezidentin müraciətində, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinə diqqət çəkilib və qeyd olunub ki, Hərəkata üzv ölkələrin yekdil qərarı ilə ölkəmizin QH-yə sədrliyinin bir il daha – 2023-cü ilin sonunadək uzadılması sədrliyimizin müvəffəqiyyətlə həyata keçirildiyinin və üzv dövlətlərin Azərbaycana etimadının bariz nümunəsidir.

Daha sonra BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şahidin sammit iştirakçılarına videomüraciəti nümayiş edilib. Həmin videomüraciətdə Abdulla Şahid QH Gənclərinin Sammitini təşkil etdiyi üçün Azərbaycan sədrliyinə minnətdarlıq ifadə edib, xüsusən postpandemiya dövründə gənclərin rolunun vurğulanmasının təqdirəlayiq hal olduğunu qeyd edib.

Açılış mərasimində, həmçinin Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin hazırkı sədri Orduxan Qəhrəmanzadə çıxış edib, ötən ilin noyabr ayında yaradılmış Şəbəkənin ötən müddət ərzində gördüyü işlər və gələcək planlardan bəhs edib.

Açılış sessiyasında Sammitin iştirakçıları və QH Gənclər Şəbəkəsinin üzvlərindən əlavə, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyinin müvafiq nümayəndələri, Milli Məclisin deputatları, QH-yə üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri, media nümayəndələri və sairə qonaqlar iştirak ediblər.

Daha sonra tədbirin proqramına uyğun olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri milli qisimdə çıxışlar səsləndirib, yekun sənədləri müzakirə ediblər.

İyulun 29-dək davam edəcək Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edəcək, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında iştirak edəcək, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılacaq, təqdimatlar keçirəcəklər.
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb
Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammiti öz işinə başlayıb

Son xəbərlər

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930