Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb25 sentyabr Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərdən Qvatemalanın xarici işlər naziri Pedro Brolo Vila, Suriyanın xarici işlər naziri Faisal Mekdad, Sent-Kits və Nevis Federasiyasının xarici işlər naziri Mark Brantli, Qrenadanın xarici işlər naziri David Piter və Lesoto Krallığının xarici işlər və beynəlxalq əlaqələr naziri Matsepo Ramakoa ilə ikitərəfli görüşlər keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə Azərbaycan ilə QH üzv ölkələri arasındakı əməkdaşlıq, həmçinin Hərəkatın gündəliyində duran vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İkitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edən tərəflər siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsi, humanitar mədəniyyət, turizm, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Görüşlər zamanı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə mühüm təşəbbüsləri və bir çox nəticələri müzakirə mövzusu oldu.

Müqabil tərəflər Azərbaycanın QH-yə uğurlu sədrliyini və Azərbaycan Prezidentinin QH sədri qismində COVID-19-a qarşı mübarizə ilə bağlı irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüsləri təqdir etdiklərini bildiriblər.

Nazir Ceyhun Bayramov 44 gün davam edən Vətən müharibəsi, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatı və onun icrası, münaqişədən sonrakı bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə məlumat verib.

Görüşlərdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək, BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb
Ceyhun Bayramov Qoşulmama Hərəkatına üzv olan daha 5 ölkənin xarici işlər nazirləri ilə görüşüb

Son xəbərlər

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930