Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir


Elnarə Mehbaliyeva
ADPU-nun kimya və biologiya fakültəsinin dekanı, dosent


Azərbaycan son illərdə beynəlxalq arenada öz mövqelərini daha da gücləndirib, dünya ölkələri ilə siyasi-iqtisadi əlaqələrini genişləndirib, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığını yeni səviyyədə inkişaf etdirib.Son vaxtlar Bakıda və işğaldan azad edilmiş ərazilərimizdə ardı-arası kəsilməyən beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünyada sabitlik məkanı kimi tanınmasının göstəricisidir.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı keçirilən konfransı ilə bağlı, ilk növbədə qeyd olunmalıdır ki, bu təsisatın 2019-cu ilin oktyabr ayında Bakıda keçirilən XVIII Zirvə görüşündə dövlət və hökumət başçıları tərəfindən təşkilatın parlamentariləri arasında qarşılıqlı fəaliyyəti, əməkdaşlığı genişləndirmək və dərinləşdirmək qərara alınıb. Ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsünə uyğun olaraq Parlamentlərarası İttifaqın 143-cü assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. İndiki Bakı konfransında isə Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 8 beynəlxalq parlament təşkilatı təmsil olunub.
İyunun 30-da Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham ƏliyevQoşulmama Hərəkatının Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat olduğunu, həmçinin, bu qurumun üzv ölkələrin haqq səsinin dünya miqyasında eşidilməsini reallaşdıran əhəmiyyətli bir platforma kimi tanındığını da diqqətə çatdırıb.
Ölkə rəhbəri, eyni zamanda, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılmasının Azərbaycan tərəfindən irəli sürülən və dəstək qazanan yeganə ideya olmadığını qeyd edib: “Digər vacib bir təşəbbüs Gənclər Şəbəkəsidir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır”.
Ölkəmizin hərəkata üzv dövlətlərin fəal dəstəyini daim hiss etdiyini vurğulayan dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi zamanı üzvlərin yekdil həmrəyliyinin şahidi olduğunu bildirdi.120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə böyük hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlamətidir.Çünki Azərbaycan ötən müddətdə üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti müdafiə edib və hazırda da bu cür səmərəli fəaliyyətini həyata keçirir. Azərbaycanın İkinci Qarabağ müharibəsində bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa etməsi bunun bariz ifadəsidir. Vətən müharibəsində əldə edilən parlaq tarixi qələbə Qoşulmama Hərəkatına bütün üzv dövlətlər tərəfindən ölkəmizə olan hörməti daha da artırdı.
Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Azərbaycanın səyləri təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir.Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olundu və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır.
Azərbaycan 30 il ərzində uzun yol qət edərək öz siyasi kursunu uğurla yürütdüyünü və regionun əsas oyunçusuna çevrildiyini sübut etməkdədir. Bu baxımdan, dünyanın aparıcı təşkilatlarından biri olan Qoşulmama Hərəkatı beynəlxalq arenada bölünmələrə və qütbləşməyə qarşı öz təsir gücünü artırmaqda davam edir və dünya ölkələrini sülhün, əməkdaşlığın, təhlükəsizliyin təmin olunmasına sövq edir.

Son xəbərlər

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930