Ermənistan 120 dövlət tərəfindən işğalçı ölkə kimi tanındı
Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi. Qəbul edilmiş sənədlərdə dövlət və hökumət başçıları münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirir və onun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini vurğulayırlar.

Qaynarinfo xəbər verir ki, Yekun Sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Zirvə Görüşündə qəbul edilmiş sənədlər Azərbaycanın qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviq olunması sahəsində nümayiş etdirdiyi liderliyi yüksək qiymətləndirir.

Yekun Sənəddə dövlət və hökumət başçıları nasist hərəkatının, neonasizmin və Vaffen SS təşkilatının keçmiş üzvlərinin, onlara abidə və heykəllərin ucaldılması, nasist keçmişi, nasist hərəkatı və neonasizmin qəhrəmanlaşdırılması naminə ictimai nümayişlərin keçirilməsi, eləcə də anti-Hitler koalisiyasına qarşı döyüşmüş və nasist hərəkatının iştirakçıları ilə iş birliyi etmiş şəxslərin milli azadlıq hərəkatının iştirakçıları kimi qələmə verilməsi daxil olmaqla, hər hansı bir formada qəhrəmanlaşdırılmasını qınadılar. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilmiş Sammitində Ermənistanda Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə beynəlxalq səviyyədə verilən dəstəyin göstəricisidir.

Yekunda qəbul olunmuş Bakı Bəyannaməsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi səylərinə ciddi dəstək ifadə olunub: "Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Ermənistan və onun havadarlarının dəridən-qabıqdan çıxmasına baxmayaraq, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atdı, 120 dövlətin təmsil olunduğu Zirvə Görüşünün nəticəsində Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail oldu.

Yekun Sənəddə deyilir: "Üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının təşəbbüsü ilə Qoşulmama Hərəkatının Bakı Sammiti çərçivəsində oktyabrın 24-25-də ilk dəfə olaraq Qoşulmama Hərəkatı Gənclər Sammitinin təşkil olunmasını alqışlayır və dayanıqlı tərəqqinin təmin edilməsi sahəsində çağırışlar barədə və onların cavablandırılmasına yönəlmiş birgə səylərə dair üzv dövlətlərin gəncləri arasında fikir mübadiləsinin aparılmasına imkan yaradan Gənclər Şəbəkəsinin yaradılmasını dəstəkləyirlər”.

Dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmamasından təəssüf hissi keçirdiklərini bildirdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipini yenidən təsdiqlədilər və tərəfləri münaqişənin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı əsasında danışıqlar yolu ilə həll olunmasına ruhlandırdılar.

Yekun Sənədə Azərbaycanın təklifi ilə aşağıdakı bəndlər daxil edilib:

Dövlət və hökumət başçıları silahlı münaqişə vəziyyətlərində məcburi köçkünlər üçün, o cümlədən onların təhlükəsiz və ləyaqətli geri qayıdışı və insan hüquqlarının təmin edilməsi, qorunması sahəsində davamlı həll yollarının təşviqində üzv dövlətlərin başlıca məsuliyyəti olduğunu təsdiqlədilər. Bundan başqa, dövlət və hökumət başçıları Azərbaycan Respublikası tərəfindən 2008-ci ildə mədəniyyətlərarası dialoqun təşviqi üçün mühüm qlobal platforma qismində irəli sürülmüş "Bakı Prosesi” kimi milli, regional və qlobal təşəbbüslərin sivilizasiyalar arasında səmərəli dialoqun qurulmasına töhfəsini qiymətləndirdilər.

Azərbaycan xalqı və hökumətinə təşəkkür və həmrəylik Sənədində deyilir: "Biz, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşü zamanı göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümüzü bildiririk. Biz, həmçinin Prezident İlham Əliyevi Qoşulmama Hərəkatının tarixi Sammitinin uğurlu keçməsi üçün sərgilədiyi liderliyə görə təbrik edirik. Biz, dövlət və hökumət başçıları Azərbaycan Respublikasının Hərəkatın təməl prinsiplərinə, o cümlədən Bandunq Prinsiplərində əks olunan ideya və məqsədlərə, həmçinin BMT-nin Nizamnaməsində əks olunan beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini yüksək qiymətləndiririk. Biz çoxtərəfliliyin təbliği, ədalət və bərabərhüquqlu beynəlxalq düzənə əsaslanan dinc və inkişaf edən dünyanın təşəkkül tapması istiqamətində Azərbaycan Respublikasının yorulmaz səylərini də alqışlayırıq. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müxtəlifliyə hörmət və qarşılıqlı anlaşmanın təşviq olunması sahəsində səylərini təqdir edirik. Bu xüsusda, Azərbaycan Prezidentinin rəhbərliyi ilə başlanmış və mədəniyyətlərarası dialoqun təşviqi üzrə əsas qlobal platforma kimi "Bakı Prosesi”nin töhfəsini yüksək qiymətləndiririk. Biz, dövlət və hökumət başçıları Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə möhkəm dəstəyimizi ifadə edirik və Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bağlı səyləri ilə həmrəyliyimizi ifadə edirik”.

Son xəbərlər

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930