
Xəbərlər
20.07.2022, 23:52
UZUN BİR SÖHBƏT QISA BİR ŞEİRDƏ...Şahməmməd DAĞLAROĞLU
UZUN BİR SÖHBƏT QISA BİR ŞEİRDƏ...
SINMAQ OLMAZ
Məni tapanlar itirdi,
İtirənlər axtarmadı.
Dözümüm mamır bitirdi,
Göyərtdikcə mən bu adı.
Yaxındakı yada salmır,
Çiynimdəki yadın əli.
Bircəciyi xəbər almır,
Çözən yoxdu bu əngəli.
Min illərdir öküz olmur,
Milyon buzovu həyətin.
Sən ha söylə, qulaq dolmur,
Eşidilir haqq söz çətin.
Amma yenə Haqqa pənah,
Şair, şax dur, sınmaq olmaz!
Sən hakim ol, qadir Allah,
Sən yol göstər, Sən hökmü yaz!
20 iyul 2022-ci il
İtirənlər axtarmadı.
Dözümüm mamır bitirdi,
Göyərtdikcə mən bu adı.
Yaxındakı yada salmır,
Çiynimdəki yadın əli.
Bircəciyi xəbər almır,
Çözən yoxdu bu əngəli.
Min illərdir öküz olmur,
Milyon buzovu həyətin.
Sən ha söylə, qulaq dolmur,
Eşidilir haqq söz çətin.
Amma yenə Haqqa pənah,
Şair, şax dur, sınmaq olmaz!
Sən hakim ol, qadir Allah,
Sən yol göstər, Sən hökmü yaz!
20 iyul 2022-ci il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















