Xəbərlər
2.07.2022, 23:21
Sərbəst güləşçilərimiz Avropa çempionatına 1 gümüş və 1 bürünc medalla start veriblər
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərbəst güləşçilərin yarışında millimizin üzvü Sabir Cəfərov (70 kq) startda Muhəmməd Abdurəhmanovdan (Belçika) güclü olub - 5:0. Həmyerlimiz səkkizdəbir finalda almaniyalı Adrian Barnovskini yolundan kənarlaşdırıb - 5:4. Təmsilçimiz növbəti mərhələdə avstriyalı Benedikt Huberi tam üstünlüklə məğlub edib - 11:0. Yarımfinalda italiyalı Raul Kasoya 3:0 hesabı ilə qalib gələn S.Cəfərov finala yüksəlib. Həlledici görüşdə son saniyələrdə erməni Hayk Papikyana uduzan (2:3) güləşçimiz gümüş medalla kifayətlənib.
Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda latviyalı Daniels Bendiksə heç bir şans tanımayıb - 10:0. Pəhləvanımız dörddəbir finalda türkiyəli Hakan Satılmışa gücünü göstərib - 5:2. Yarımfinalda ermənistanlı Muşeq Mkrtçyana (1:3) uduzan S.Əmiraslanov bürünc medal uğrunda rumıniyalı Gigi Subtiriçayla güləşib və rəqibinə heç bir şans tanımayıb - 11:0.
Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatına 1 gümüş və 1 bürünc medalla start verib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay