İki sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı sona çatmaq üzrədir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, martın 12-də - qitə birinciliyinin altıncı günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Cəbrayıl Hacıyev (74 kq) ilk mərhələdə erməni Menua Yaribekyana heç bir şans tanımayıb - 12:2. C.Hacıyev dörddəbir finalda avstriyalı Simon Marçl ilə gərgin keçən görüşdən də qalib (4:3) ayrılıb. Güləşçimiz yarımfinalda türkiyəli İsmet Çiftçini üstələyib - 7:3. Təmsilçimiz finalda rumıniyalı Kriştian Büro ilə qarşılaşacaq.

Abubakr Abakarov (86 kq) startda bolqar Xristo İliyevə vaxtından əvvəl qalib gəlib - 10:0. A.Abakarov dörddəbir finalda Fransa təmsilçisi Raxim Maqamedovdan güclü olub - 6:0. Güləşçimiz yarımfinalda 14:2 hesabı ilə türkiyəli Emre Çiftçiyə qalib gəlib. Millimizin üzvü həlledici görüşdə moldovalı Lilian Balanla üz-üzə gələcək.

Millimizin üzvü Abdulcəlil Şabanov (92 kq) ilk görüşdə alban Emiyano Onuziyə vaxtından əvvəl qalib gəlib - 10:0. Ancaq həmyerlimiz dörddəbir finalda gürcü Daviti Koquaşviliyə uduzub - 2:13.

Mübarizəyə dörddəbir finaldan qoşulan Aydın Əhmədov (125 kq) erməni Hovannes Maqakyanı xalçadan məyus yola salıb - 5:1. Pəhləvanımız yarımfinalda gürcü Solomon Manaşviliylə məğlub olub - 5:9. A.Əhmədov bürünc medal uğrunda Yunanıstanı təmsil edən Azamat Xosonovla mübarizə aparacaq.

Medal görüşləri martın 13-də keçiriləcək.

Son xəbərlər

Media: İran və ABŞ-nin texniki qrupları iyulun 12-də danışıqları bərpa edəcəklər

Dünya çempionatı: İspaniya millisi Belçikanı məğlub edərək yarımfinala yüksəlib

“Yeraltı”dan kimsə ayrılacaq?

Azərbaycan güləşçisi tarix yazıb

Madonna son 50 ildə bunu edən ilk müğənni oldu

40 il beşulduzlu hotellərdə pulsuz yaşayan şəxs saxlanıldı

Burcu ilə Cihangir tərəf müqabili oldu

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

AŞIQ ALIDAN QALAN SƏRVƏT

XƏLİL MİRZƏ : Dərib, qoxulayıb, ayaqlayan var... - FOTO

Hicran Fuad Əhmədli : Şeirimə Qaçır - FOTO

Hələ bir az sev - FOTO

BÖYÜK AZADLIQ, BÖYÜK AĞRI İLƏ DOĞULUR - FOTOLAR

Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi

"Rüya gibi"nin aktrisaları eyni serialda - FOTO

Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb

"Türkiyədə bütün pullarımı itirdim" - İradə İbrahimova

“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib

Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Bu festivalda ya əylənə, ya da ölə bilərsən... - Fotolar

İkinci dəfə valideyn olacaqlar?

Kəlbəcərdə mina partlayışı olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031