Sərbəst güləşçimiz Əliabbas Rzazadə dünya çempionu olubSerbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərbəst güləşçimiz Əliabbas Rzazadə (57 kq) debütdə Almaniya təmsilçisinə qalib gəlib. Ə.Rzazadə daha sonra Tacikistan güləşçisinə aman verməyib. Dörddəbir finalda Ermənistan güləşçisini üstələyən həmyerlimiz yarımfinala yüksəlib. Hindistan idmançısı ilə olduqca gərgin idman mübarizəsi şəraitində keçən görüşdə isə xalların keyfiyyəti güləşçimizi finala daşıyıb. Noyabrın 6-da həlledici görüşdə Qırğızıstan güləşçisi ilə üz-üzə gələn həmyerlimiz mübarizədən qalib ayrılmaqla dünya çempionu olub.

Təmsilçimiz Zirəddin Bayramov (65 kq) rəqibi xalçaya çıxmadığı üçün güləşmədən ikinci mərhələyə yüksəlib. Z.Bayramov ikinci görüşdə ABŞ təmsilçisinə gücünü göstərib. Ancaq dörddəbir finalda rusiyalı rəqibinə uduzub. Təmsilçimiz noyabrın 6-da təsəlliverici görüşə çıxıb və Özbəkistan güləşçisini mübarizədən kənarlaşdırıb. Bürünc medal uğrunda qarşılaşmada Bolqarıstan idmançısına heç bir şans tanımayan Z.Bayramov tam üstünlüklə qələbə qazanaraq dünya üçüncüsü olub.

Çempionatda 70 kiloqram çəki dərəcəsində çıxış edən Murad Yevloyev startda ukraynalı həmkarını üstələyib. Gürcüstan pəhləvanını "tuşe" ilə mübarizədən kənarlaşdıran M.Yevloyev dörddəbir finalda Tacikistan güləşçisinə qalib gəlib. Ancaq yarımfinalda bir ay əvvəl Osloda böyüklər arasında dünya çempionatında gümüş medal qazanmış Qırğızıstan idmançısına məğlub olub. Bürünc medal uğrunda görüşdə isə minimal fərqlə iranlı həmkarına uduzub.

Güləşçimiz Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində Monqolustan idmançısından güclü olub. Ə.Aşırov səkkizdəbir finalda Ukraynadan olan rəqibini məyus edib. Təmsilçimiz növbəti mərhələdə İsveçrədən olan həmkarına heç bir şans tanımayıb. Ancaq yarımfinalda Rusiya təmsilçisi keçilməz olub.Güləşçimiz bürünc medal uğrunda görüşdə iranlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.
Sərbəst güləşçimiz Əliabbas Rzazadə dünya çempionu olub
Sərbəst güləşçimiz Əliabbas Rzazadə dünya çempionu olub
Sərbəst güləşçimiz Əliabbas Rzazadə dünya çempionu olub
Sərbəst güləşçimiz Əliabbas Rzazadə dünya çempionu olub

Son xəbərlər

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031