Güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaqNorveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, ikinci yarış günündə - oktyabrın 3-də 57, 65, 79 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Əfqan Xaşalov (57 kq) səkkizdəbir finalda Meksika təmsilçisi ilə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən qalib gəlib. Ancaq dörddəbir finalda Almaniya güləşçisinə uduzub.

Millimizin üzvü Əli Rəhimzadə (65 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançıya məğlub olub.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Əşrəf Aşırov (79 kq) Slovakiyadan olan son Avropa çempionunu üstələyib. Dörddəbir finalda Yaponiya güləşçisi ilə görüş gərgin mübarizə şəraitində keçib. Yekunda xalların keyfiyyətinə görə asiyalı idmançı qalib elan olunub.

Çempionatda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Osman Nurməhəmmədov dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan O.Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. Görüş oktyabrın 4-də keçiriləcək.

Son xəbərlər

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031