Bölgələrdə maarifləndirici tədbirlər davam etdirilir
İyunun 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na həsr olunmuş görüş keçirilib. Görüşdə DQİDK-nın şöbə müdiri Cavanşir Bəhrəmov, Sabirabad RİH başçısı Aparatının dini qurumlardan məsul şəxsi Əliabbas Həsənov, QMİ-nin səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, rayonda fəaliyyət göstərən din xadimləri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.

AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, bu qəbildən digər maarifləndirici görüş DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı və şöbə müdiri Natiq Əfəndiyev, Bərdə Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin nümayəndəsi Asif Abbasov, Mədəni irsin qorunması inkişafı və bərpası üzrə Dövlət xidmətinin əməkdaşları, din xadimləri, dini icma sədrləri, eləcə də din xadimi olmaq istəyən namizədlərin iştirakı ilə Bərdədə keçirilib.

Komitənin Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Astara rayonu Şüvi kəndi “Cümə” məscidində təşkil edilən görüşdə isə şöbə müdiri Qağayı Məmmədov, Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Mərasim Hacıyev, din xadimləri, din xadimi olmaq istəyən şəxslər və dini icmanın üzvləri iştirak ediblər.

Təşkil edilən görüşlərdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi, din xadimlərinin attestasiyasının keçirilməsi və attestasiyanın nəticələrinin rəsmiləşdirilməsi barəsində izahlar verilib. Din xadimi olmaq istəyən şəxslərə sənədlərlə bağlı müvafiq prosedur və attestasiya üzrə proqram barədə metodiki yardım göstərilib.

Sonda tədbir iştirakçıları sual və təkliflərini bildiriblər.
Bölgələrdə maarifləndirici tədbirlər davam etdirilir
Bölgələrdə maarifləndirici tədbirlər davam etdirilir

Son xəbərlər

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Alzheymer xəstəliyinə bunlar səbəb olur

Tərəf müqabili oldular

MƏN BORÇALI TÜRKÜYƏM

Sevinc YUNUSLU : Sən mənim görüşümə beləcə gəl, ləngimə - FOTO

İllər ondan nəsə aparmır.... - “Odisseya”nın “Kraliça”sı

Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

NİCAT NOVRUZOĞLU : Bağrımın başında nişan üzüyü - FOTO

Hikmət Məlikzadə : Allah verirsə, nemətdir, vermirsə, hikmətdir” - FOTO

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik

Amerika 7 İran hərbçisini öldürdü

"Yeraltı”nda yeni aktrisa - FOTO

Yazıcıoğlu və Baysel tərəf müqabili oldu

"Kuruluş Orhan"ın aktyoru yeni serialda - FOTO

Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH

"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb - FOTOLAR

Dəyərlimiz Sadiq Qurbanovu hamı sevir,çün ki,hamının yanında üzüağ, alnıaçıqdır - FOTO

Bakıda 32, rayonlarda 38 dərəcə isti olacaq

Yeni 100 manatlıqlar tədavüldə - Taleh Kazımovun imzası ilə

Nilüferin qızı evləndi - Fotolar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031