“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Uelsin TNS komandasına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini bölüşüb.

“Qafqazinfo” xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra bunları söyləyib:

“İlk növbədə futbolçuları, Azərbaycan futbol ictimaiyyətini və “Sabah” azarkeşlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməyimiz münasibətilə təbrik etmək istəyirəm. Düşünürəm ki, ən vacib məqam məhz budur. İki oyundan ibarət qarşılaşmaya bütöv şəkildə baxsaq, bu matç mübarizənin ikinci hissəsi idi. İlk oyunda 2:0 hesabı ilə qalib gəlmişdik. Bilirdik ki, rəqib daha açıq futbol oynamalı və daha çox risk etməli olacaq. Oyunun ilk dəqiqələri meydana və şəraitə uyğunlaşmaqla keçdi. Təxminən 15-20 dəqiqədən sonra oyuna tam daxil olduq. Əvvəlcə bir, daha sonra isə ikinci qolu vurduq. Düşünürəm ki, bundan sonra ikinci hissə bizim üçün daha çox formal xarakter daşıdı. Rəqib də, demək olar ki, matçın bitməsini gözləyirdi. Bəzi futbolçularımız oyun təcrübəsi qazandılar. Əlbəttə, daha bir qol vurmaq istəyirdik. Bunun üçün imkanlarımız da oldu, lakin onlardan istifadə edə bilmədik. Rəqibin də bir neçə yarımfürsəti oldu, onlar da bu imkanları dəyərləndirmədilər. Matçın sonunda buraxdığımız qol isə səhvimizin nəticəsi idi. Qarşılaşmanı qapımızı toxunulmaz saxlamaqla başa vurmaq daha xoş olardı. Bununla belə, iki oyunun yekun nəticəsini, əlbəttə ki, müsbət qiymətləndirirəm. İndi təhlükəsiz şəkildə Bakıya qayıtmalı və növbəti mərhələyə hazırlaşmağa başlamalıyıq. Çünki oyunlar çox sıx qrafiklə keçirilir. Artıq gələn çərşənbə axşamı ikinci təsnifat mərhələsində yeni rəqibə qarşı meydana çıxacağıq. Növbəti mərhələdə Finlandiyanın KuPS komandası ilə qarşılaşacağıq. Açığı, indiyədək bütün diqqətimi TNS-lə oyunlara yönəltmişdim. Əlbəttə, “KuPS”un hansı taktiki düzülüşdən istifadə etdiyinə və necə futbol oynadığına müəyyən qədər baxmışam, lakin rəqibi hələ detallı şəkildə təhlil etməmişik. Bakıya qayıdan kimi onların oyunlarını analiz etməyə başlayacağıq. Əlimizdə bütün materiallar və lazımi məlumatlar var. Qarşıdakı bir neçə gün ərzində çox çalışmalı və komandanı çərşənbə axşamı keçiriləcək oyuna ən yaxşı şəkildə hazırlamalıyıq”.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930