Şamaxıda “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib
Dekabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda seminar keçirilib.

Turaztv.az bildirir AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, seminarda DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşad Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, idarə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, müəllimlər və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev mövzunun əhəmiyyətindən danışıb. Natiq Azərbaycanda dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və müxtəlif dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. Qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşılıb.

DQİDK-nin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə çıxışında müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışının sürətləndiyini bildirib. C.Əlifzadə vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir və hər kəsin etiqad azadlığı təmin olunur. Şöbə müdiri onu da vurğulayıb ki, Azərbaycan müxtəlif millətlərlə dostluq, qardaşlıq şəraitində yaşayan respublika kimi bütün dünyaya bir nümunədir. Çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir.

QMİ-nin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev çıxışında dövlətin dinə və dindarlara qayğısından bəhs edib. M.Mustafayev bildirib ki, Azərbaycanın bütün bölgələrində, o cümlədən tarixi Zəfər qazandığımız 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilmiş bölgələrdə yeni məscidlər inşa edilir və ya əsaslı təmir olunur.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930