Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkil etdiyi “Sağlam həmkar” minifutbol turnirinə final oyunu ilə yekun vurulub.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, final qarşılaşmasından əvvəl iştirakçılar və azarkeşlər üçün maraqlı idman proqramı təqdim olunub. Meydançaya karate üzrə Avropa çempionu Mədinə Sadıqova, yunan-Roma güləşi üzrə dünya çempionu Əli Nəzərov və Avropa çempionu Emin Cavadlı dəvət olunub. İdman musiqisinin sədaları altında AHİİTA-nın idmançıları nümunəvi çıxışlar ediblər.

Sonra turnirin final görüşünə start verilib. Final oyununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası ilə Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən və tamaşaçıların böyük marağına səbəb olan oyunun yekununda Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası 2-1 hesablı qələbə qazanaraq turnirin qalibi olub.

Beləliklə, yekun nəticələrə əsasən, birinci yeri Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının komandası, ikinci yeri Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin komandası, üçüncü yeri isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin komandası tutublar.

Qaliblərə kubok, medal və diplomlar təqdim edilib. “Ən yaxşı oyunçu”, “Ən yaxşı qapıçı” və “Ən məhsuldar futbolçu” nominasiyaları üzrə qaliblər isə xüsusi mükafatlar təltif olunublar.

Qeyd edək ki, iyunun 6-da start götürən “Sağlam həmkar” minifutbol turnirində ümumilikdə AHİK-in üzv təşkilatları təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparıb. Turnirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, əmək kollektivlərində həmrəyliyin və komanda ruhunun möhkəmləndirilməsi, eləcə də işçilərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.















Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930