Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Aprelin 27-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə XİN-in rəhbər heyəti, Macarıstanın Azərbaycan Respublikasındakı səfiri, habelə səfirliyin əməkdaşları iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov 30 il ərzində Azərbaycan Respublikası və Macarıstan arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət əsasında inkişaf etdiyini bildirib. Nazir müavini Xələf Xələfov, Macarıstanın hələ keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini, hazırda post-münaqişə dövründə isə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak etdiyini məmnunluqla qeyd edib. Xələf Xələfov, həmçinin ölkələrimiz arasında həm ikitərəfli, həm çoxtərəfli səviyyədə beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib.

Daha sonra çıxış edən Macarıstanın Azərbaycan Respublikasındakı səfiri Viktor Szederkenyi 30 il ərzində Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin inkişafında əldə olunan nailiyyətlərlə qürur duyulmalı olduğunu bildirib. Səfir Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığı məmnunluqla qeyd edib və iki ölkə arasında mövcud müqavilə-hüquq bazası, habelə hər iki ölkənin rəhbərliyi səviyyəsində təmasların bunu şərtləndirdiyini vurğulayıb. Viktor Szederkenyi, həmçinin iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə öz səmimi təbriklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Macarıstan arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olublar.
Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub
Azərbaycanda Macarıstan ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub

Son xəbərlər

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bu nişanlı cütlüyü 189 ölkədə axtarırlar

Ağstafada qəza oldu - Ölən və yaralanan var

Elbrusda son beş gündə 7 nəfər öldü

Daha bir ölkənin nüvə silahı əldə etməsinə qarşıdırlar

Çimərliklərdə istirahət edən vətəndaşlar təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Mətbəxdəki bu məhsul tıxanmış boruları açır

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031