Azərbaycan və Finlandiya XİN-ləri arasında məsləhətləşmələr aparılıb
Yanvarın 25-də Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Finlandiya Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Finlandiya tərəfdən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Departamentinin baş direktoru xanım Marya Livala rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı bu il martın 24-də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi və bu müddət ərzində qazanılmış nailiyyətlər məmnunluqla xatırlanıb.

Görüşdə ikitərəfli münasibətlərin bütün istiqamətləri və gələcək əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, eləcə də iqtisadiyyat, təhsil, humanitar və informasiya texnologiyaları sahələrində əlaqələrin inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Xələf Xələfov qarşı tərəfə 44 günlük Vətən müharibəsi, bu xüsusda imzalanmış üçtərəfli bəyanatlar, bölgədəki vəziyyət, işğaldan azad edilmiş ərazilərdə törədilmiş dağıntılar, həyata keçirilən bərpa və quruculuq işləri barədə ətraflı məlumat verib.

Marya Livala Azərbaycana səfəri çərçivəsində keçirdiyi maraqlı və məhsuldar görüşlərdən məmnunluğunu bildirib. Finlandiyanın Azərbaycanla iqtisadi, humanitar, sosial və təhsil və digər sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməkdə, habelə Avropa İttifaqı çərçivəsində birgə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan ilə Finlandiya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Finlandiyanın 2025-ci ildə ATƏT-ə sədrliyi ilə bağlı prioritetləri, habelə qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Son xəbərlər

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031