Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb
Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 18-də Pakistan İslam Respublikasının xarici işlər naziri Məhdum Şah Mahmud Qureşi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Məhdum Şah Mahmud Qureşi Azərbaycan nümayəndə heyətini salamlayıb. Pakistan-Azərbaycan əlaqələrini iki dost və qardaş ölkə arasında münasibətlər kimi xarakterizə edən pakıstanlı nazir, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. Həmçinin ikitərəfli ticarət, sərmayə, enerji sahələrində əməkdaşlığın inkişafı perspektivlərini vurğulayıb.
Ceyhun Bayramov Pakistanın xarici işlər naziri ilə görüşüb

Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişə ilə bağlı, eləcə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə Pakistanın verdiyi birmənalı siyasi-mənəvi dəstəyi vurğulayıb və bunun Azərbaycan xalqı tərəfindən minnətdarlıqla xatırlandığını qeyd edib.

Nazir ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişafı ilə yanaşı, üçtərəfli formatda davam edən əməkdaşlığa istinad edib, o cümlədən cari il ərzində Azərbaycan-Pakistan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda keçirilən görüşünü, həmçinin üç ölkənin parlamentlərinin spikerlərinin görüşünü qeyd edib.

Bu il ərzində iqtisadi komissiyanın növbəti iclasının, habelə iki dövlətin prezidentinin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində görüşünün keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulanıb.

Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərindən danışan nazir Ceyhun Bayramov, bu ərazilərin minadan təmizlənməsi prosesində Pakistanın təcrübəsindən istifadə edildiyini və bu xüsusda dost ölkənin Azərbaycana dəstəyini minnətdarlıqla ifadə edib.

Nazirlər həmçinin Əfqanıstandakı humanitar vəziyyət və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Leyla Əliyeva Madriddə qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə - Fotolar

Məlahət Behbudqızı : Xatirələr solmur

Azərbaycanda gömrük və qiymətli metallarla bağlı qaydalar dəyişdi

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930