ÜST Şamaxıda Avropa immunlaşdırma həftəsini qeyd edir
Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyata keçirdiyi “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Avropa immunlaşdırma həftəsi ilə əlaqədar olaraq Şamaxı rayonunun 6 kəndində immunlaşdırma kampaniyasına start verilib.

UST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 24-dən 30-na kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birgə təşkil edilən tədbir “Peyvənd ol, sağlam ol, çox yaşa!” şüarı altında keçirilir. Kampaniyanın məqsədi təhlükəli xəstəliklərin qarşısının alınmasında və sağlamlığın və insan həyatının qorunmasında immunizasiyanın əhəmiyyəti haqqında əhalini maarifləndirmək və peyvəndləmə əhatəsini artırmaqdır.

Kampaniyanın həyata keçirilməsində Azərbaycan Tibb Universiteti, 1 və 2 saylı Bakı Tibb kolleclərinin tələbələri və icma liderləri iştirak edir. Kampaniya çərçivəsində əhali arasında COVID-19 və uşaq peyvəndlərinə dair maarifləndirmə işləri, yetkin yaşlı insanların və uşaqların vaksinasiyası, həmçinin əhalinin sağlamlıq risklərinin qiymətləndirilməsi və uşaqların boy və çəki monitorinqi kimi tədbirlər həyata keçiriləcək. Tələbələr icma liderləri ilə birgə kənd sakinlərinə baş çəkərək peyvəndləmədən kənarda qalan uşaqları, peyvənd olunmamış yaşlı şəxsləri peyvənd olunmağa dəvət edir, habelə ürək xəstəlikləri risk amillərinin müəyyənləşdirilməsi üçün skrininq testindən keçməyi təklif edirlər.

Kampaniya müddəti boyunca əhaliyə COVID-19 vaksinasiyası və rutin immunlaşdırmaya dair maarifləndirici materiallar da təqdim ediləcək.

Aprelin 27-də ÜST-nin Avropa üzrə regional direktoru doktor Hans Klüge Azərbaycana rəsmi səfəri çərçivəsində Şamaxı rayonunu ziyarət edərək tələbələrlə görüşəcək və həftə çərçivəsində keçirilən tədbirlərdə iştirak edəcək.

Azərbaycanda COVID-19 pandemiyasına qarşı mübarizə və rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin Azərbaycandakı nümayəndəliyi 2021-ci ilin iyun ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üçillik “COVID-19 əleyhinə vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Bu layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.
ÜST Şamaxıda Avropa immunlaşdırma həftəsini qeyd edir
ÜST Şamaxıda Avropa immunlaşdırma həftəsini qeyd edir
ÜST Şamaxıda Avropa immunlaşdırma həftəsini qeyd edir

Son xəbərlər

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Sabah 33 dərəcə isti olacaq

Azərbaycanın xarici dövlət borcu azalıb

Baş nazir kimi 62 illik rekordu yenilədi

“Qarabağ”ın rəqiblərinin adları bəlli oldu - “Ferentsvaroş”la qarşılaşacaq

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir - FOTOLAR

ŞƏRƏFLİ HƏKİM ÖMRÜ VƏ ZƏRİF POEZİYA DÜNYASI: Leyla Bayramovanın işıqlı həyat yolu

MƏMMƏD QƏDİR : Qəbir də yerində, daş da yerində... - FOTO

Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib

Belfastda 18 yaşlı tələbənin öldürülməsi iğtişaşlara səbəb olub

Azərbaycan neftinin qiyməti 95 dollara düşüb

Araz çayında batan 17 yaşlı gəncin meyiti tapılıb

Serenay Sarıkayanın yeni layihəsi məlum oldu

Barı gəlirəmmi yuxularına? - FOTO

Mehr: İran Milli Ordusu və SEPAH yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

Qırğızıstanda terror aktları hazırlamaqda şübhəli bilinən 31 nəfər saxlanılıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930