Şamaxı rayonunda körpələr evi-uşaq bağçasının və yeni məktəb binasının açılışı olub
Martın 19-da Şamaxıda Heydər Əliyev Fondu tərəfindən Sabir qəsəbəsində inşa olunan körpələr evi-uşaq bağçasının və Ovçulu kəndində tikilən yeni təhsil ocağının açılışı olub.

Sabir qəsəbəsindəki körpələr evi-uşaq bağçası 1970-ci ildən fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi 1968-ci ildə inşa olunmuş uşaq bağçasına uyğunlaşdırılmış yaşayış binasında yerləşirdi. Bina ötən illər ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondu tərəfindən qəsəbədə körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib. 160 yerlik körpələr evi-uşaq bağçasında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, qruplar üçün söhbətgahlar quraşdırılıb.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanovun, valideynlərin, ziyalıların iştirakı ilə keçirilən açılış mərasimindəki çıxışlarda ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə diqqət və qayğısından danışıblar. Vurğulanıb ki, Şamaxının iri yaşayış məntəqələrində olan Sabir qəsəbəsində Novruz bayramı ərəfəsində istifadəyə verilən körpələr evi-uşaq bağçası üçün yeni bina Fondun uşaqlar üçün ən gözəl hədiyyəsidir.

Ovçulu kəndində Birinci Qarabağ müharibəsi şəhidi Babacan Alıyevin adını daşıyan tam orta məktəb üçün tikilən yeni bina da məktəblilərə gözəl bayram hədiyyəsi olub.

Kənd orta məktəbi 1975-ci ildə inşa olunan 200 şagird yerlik binada fəaliyyət göstərib. Ötən müddət ərzində məktəbin binası fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən məktəb üçün 280 şagird yerlik yeni məktəb binası tikilib. Müasir arxitektura üslubunda 2 mərtəbəli, 5 korpusdan ibarət məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Yeni tədris ocağında 14 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, akt zalı, idman zalı və açıq idman meydançası var. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Açılış mərasimində iştirak edən qonaqlar vaxtilə bu məktəbdə təhsil almış dörd nəfər Qarabağ müharibəsi şəhidinin barelyefi qarşısında onların valideynləri ilə görüşüblər. Sonra təhsil ocağı ilə tanışlıq olub, idman zalında məktəblilərin voleybol yarışı izlənilib.

Yeni tədris ocağının akt zalında müəllimlər və kənd sakinləri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı T.Məmmədov və Heydər Əliyev Fondunun şöbə müdiri E.Aslanov respublikamızda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, həyata keçirilən infrastruktur layihələri, o cümlədən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi və bu sahədə Fondun gördüyü işlər barədə danışıblar.

Kənd sakini İnqilab Rəcəbov çıxış edərək, rayonun ucqar kəndlərindən olan Ovçuluda məktəb üçün yaxşı şəraiti olan yeni binanın tikilməsinə görə ictimaiyyət adından Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirib.

Son xəbərlər

"Soyadlarda "ov", "yev"i təmizləsən də, milliləşdirmək mümkün olmur” - Komitə sədri

Cüdoçumuz bürünc medal qazandı - YENİLƏNİB

İran hava məkanını açır

Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

Mehriban Əliyeva qızı ilə Antalyada panelə qatıldı - Fotolar

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib

Lənkəranda torpaq sürüşdü - Ulum çayına töküldü-Foto

Zəhərlənən qadın 15 gün sonra öldü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər

Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...

Hisslərimizi cilovlaya bilməyəndə...

Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

“Yeraltı”nın yayımı dayandırılır?

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

Başlıbel qətliamından 33 il ötür

Heç zaman bükülməz biləyim,Dağlar! - FOTO

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930