AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
Martın 11-də AMEA Rəyasət Heyətinin iclası keçirilib.

Turaztv.az xəbər verir: AMEA-dan AZƏRTAC-a bildirilib ki, iclasda ayrı–ayrı institutlarda aparılan struktur islahatları, alimlərin yubileyləri ilə əlaqədar tədbirlər təşkil edilməsi və onların mükafatlandırılması, Elm Günü ilə bağlı yekun sessiyanın keçirilməsi, Azərbaycanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzvlüyü, AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakı məsələləri müzakirə olunub.

İclasda çıxış edən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin ölkəmizdə Elm Günü kimi qeyd olunduğunu xatırladaraq, bu əlamətdar günlə bağlı müxtəlif səpkili tədbirlər keçirildiyini bildirib. Elm Gününün Novruz bayramı tətilinə təsadüf etdiyinə diqqəti yönəldən akademik yekun sessiyanın aprel ayında, AMEA-nın ümumi yığıncağı ərəfəsində keçirilməsini təklif edib.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev akademiyanın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakına hazırlıqla bağlı məlumat verib. Festivalda AMEA-nın pavilyonu üçün 100 kvadratmetr sahənin ayrıldığını deyən akademik bu nüfuzlu tədbirdə yüksək səviyyədə təmsil olunmaq üçün akademiyanın bütün elmi müəssisələrinin səfərbər olunmasının vacibliyini vurğulayıb.

Son xəbərlər

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb

BƏƏ-də uşaqlara internetdən istifadə bağlı qərarlar qəbul edildi

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya Kubokundan sonra milli ilə vidalaşacaq

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

Turac Hilal : Məndən uzaq dur, adam! - FOTO

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Tramp İsrail və Livanı tam atəşkəsə çağırdı

Vitinyadan yeni rekord

Hörmüzdən keçən gəmilərdən rüsum alınmayacaq - Bu müddətdə

Sayəndə Vətən şəst ilə dirçəldi, Mübariz - FOTO

Çəkilişlər başlamadan serialdan ayrıldılar

Yeni “iPhone 18 Pro”nun qiyməti belə olacaq

23 məşhurun da narkotest nəticəsi açıqlandı

72 yaşlı Ali Ağaoğlu altıncı dəfə ata olur

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930