
Xəbərlər
10.03.2022, 23:36
ÖMRÜN MÜBTƏDASI QALIB - Bəradər SƏMƏNDƏRLİ (Xanəliyev)
ÖMRÜN MÜBTƏDASI QALIB
Demə, göz yaşı dayanıb,
Buludların qucağında.
Yenə nə fikrə getmisən,
İlin-günün bu çağında?
Bu bir sərvət bazarıdı,
Nə mənimdi, nə də sənin.
Nəfsinə hakim oldunsa,
Demək yenildi düşmənin.
Qan tökülür su yerinə,
Torpağın hər qarışında.
Dünya qana boyanıbdı,
Ölüm-dirim savaşında.
"At"a atlanmadıq, dedik,
Piyadanınkı Şahmatdı.
"Peşka" çıxıbdır qabağa,
"Şah"ın özü buna matdı.
Demə, lənət qapısıdı,
Şeytan yeridir kələyin.
"Tərsinə dövran eləyir",
Çərxi dönübdür fələyin.
Bəradər, doğulan gündən
Alnımızda yazı qalıb.
Xəbərini xərcləmişik,
Ömrün mübtədası qalıb.
Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
10.03.2022
Demə, göz yaşı dayanıb,
Buludların qucağında.
Yenə nə fikrə getmisən,
İlin-günün bu çağında?
Bu bir sərvət bazarıdı,
Nə mənimdi, nə də sənin.
Nəfsinə hakim oldunsa,
Demək yenildi düşmənin.
Qan tökülür su yerinə,
Torpağın hər qarışında.
Dünya qana boyanıbdı,
Ölüm-dirim savaşında.
"At"a atlanmadıq, dedik,
Piyadanınkı Şahmatdı.
"Peşka" çıxıbdır qabağa,
"Şah"ın özü buna matdı.
Demə, lənət qapısıdı,
Şeytan yeridir kələyin.
"Tərsinə dövran eləyir",
Çərxi dönübdür fələyin.
Bəradər, doğulan gündən
Alnımızda yazı qalıb.
Xəbərini xərcləmişik,
Ömrün mübtədası qalıb.
Bəradər SƏMƏNDƏRLİ
(Xanəliyev)
10.03.2022
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













